Apple HomePod 2 smart səsgücləndiricisini təqdim edib - QİYMƏTİ

Apple HomePod 2 smart səsgücləndiricisini təqdim edib - QİYMƏTİ

Texnologiya
19.01.2023 PAYLAŞIM

    Apple şirkəti HomePod adlı smart səsgücləndiricisinin ikinci versiyasını təqdim edib. Birinci HomePod ilə müqayisədə HomePod 2 inqilabi dəyişikliklər əldə etməyib. Bununla belə yeni smart səsgücləndirici səsin kinematoqrafik şəkildə səslənməsini dəstəyini və müxtəlif smart ev əşyalarının çalışma proseslərinin avtomatlaşdırılması funksiyasını əldə edib. Silindrik formalı gövdəyə sabib HomePod 2 səsgücləndiricisi 4 düym ölçülü sabvufer və 5 ədəd yüksək tezlikli dinamik ilə təchiz olunub. Səsgücləndiricinin yuxarı hissəsində musiqinin idarəsi üçün nəzərdə tutulmuş sensorlu panel mövcuddur. HomePod 2 Apple şirkətinin S7 adlı prosessoru ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, Apple Watch Series 7 smart saatı da sözügedən prosessor vasitəsilə çalışır.


    Bununla yanaşı yeni smart səsgücləndirici temperatur ilə nəmişliyin ölçülməsi üçün nəzərdə tutulmuş xüsusi sensorlara və smartfon və ya başqa smart cihazlarla qoşulmanı təmin edəcək Bluetooth Wi-Fi modullara sahibdir. Apple şirkətinin verdiyi məlumata əsasən HomePod 2 smart ev ekosisteminə inteqrasiya üçün geniş imkanları özündə birləşdirir. Məsələn yeni smart səsgücləndirici vasitəsilə evdəki işıqlandırma sistemini, soyuducunu, hərəkətli pərdələri və ya digər smart cihazları idarə etmək mümkündür. HomePod 2-nin smart ev ekosistemi çərçivəsində çalışmasına misal olaraq smart səsgücləndiriciyə günün müəyyən saatında bütün smart cihazların deaktiv edilməsi və ya istifadəçinin evdən getməsindən sonra smart tozsoranı işə salmaq əmrinin verilməsini gətirmək olar.

    HomePod 2 yerləşdiyi otaqda öz yerini təyin edə bilir. Bunun sayəsində səsgücləndirici səsi elə şəkildə tənzimləyir ki, musiqi səsi istifadəçini maksimal şəkildə əhatə etsin. HomePod 2 həmçinin Dolby Atmos texnologiyasını da dəstəkləyir. Bundan əlavə olaraq evdə bir neçə ədəd HomePod varsa onları vahid stereo səs sisteminə çevirmək olar. Apple şirkətinin yeni smart səsgücləndiricisində müəyyən təhlükəsizlik funksiyaları da reallaşdırılıb. Məsələn HomePod 2 daimi şəkildə internetə qoşulu olur və evdə yanğın siqnalının aktivləşdiyi halda bu barədə məlumatı istifadəçinin smartfonuna bildiriş şəklində göndərir. HomePod 2 artıq ABŞ-da 300$ qiymətində satışa çıxıb.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Nothing Ear (2) naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

Nothing şirkəti növbəti yeni məhsulunu təqdim edib. Söhbət, Nothing Ear (2) adlı naqilsiz qulaqlıqda..


Üzən Günəş panelləri 6000-dən çox şəhərin elektrik enerjisi tələbatını tamamilə ..

Aparılmış yeni tədqiqata əsasən üzən Günəş panelləri planetin müxtəlif nöqtələrində olan minlərlə şə..


Apple öz elektromobilinin salonu üçün unikal işıqlandırma texnologiyasını patent..

Apple şirkəti Project Titan adı altında bilinən layihəsi çərçivəsində hazırlanan gələcək elektromobi..


Huawei FreeBuds 5-in real fotosu ortaya çıxıb

23 mart tarixində Huawei şirkətinin növbəti təqdimat tədbiri keçiriləcək.


Elon Musk Starship-in ilk orbital uçuşunu anons edib

SpaceX şirkətinin CEO-su Elon Musk planetlərarası Starship kosmik raketinin ilk orbital uçuşunu anon..


Samsung Exynos 2300 prosessoru barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə insayderlər Samsung şirkətinin Exynos 2300 adlı yeni flaqman prosessoru ..

×