main-post-cover

    Apple ev robotu hazırlamağı nəzərdən keçirir

    Elm & Texnologiya
    04.04.2024
    Sabina Rustamli
         Bloomberg saytının məşhur insayderi Mark Gurman bildirib ki, Apple şirkəti personal robototexnika sahəsinə daxil olmaq imkanını nəzərdən keçirir. İnsayderin fikrincə bu, Apple şirkətinin öz elektromobilini ləğv etməsindən sonra onun növbəti böyük layihəsi olmalıdır. Mark Gurman-a bu mövzu ilə bağlı anonim şəkildə məlumat vermiş şəxslərin sözlərinə əsasən Apple ev işlərini görə biləcək avtonom robotun hazırlanması ideyasını nəzərdən keçirir. Lakin bu cür layihə çərçivəsində olduqca çoxlu sayda mühəndislik problemlərini həll etmək lazım gələcək. Bunun üçün isə illərlə vaxt sərf edilə bilər.
         Məlumata əsasən Apple smart ekran üçün nəzərdə tutulmuş stolüstü robotlaşdırılmış cihaza sahibdir. Bu layihələrdən hansısa birinin nəticə etibarilə kommersiya səviyyəsinə yüksəlib-yüksəlməyəcəyi bilinmir. Lakin artıq indidən aydındır ki, Apple yeni gəlir mənbələri axtarışına çıxıb. Personal robototexnika sahəsinə çıxış öz növbəsində şirkətə bütün dünya üzrə milyonlarla insanların evlərində mövqelərini bərkidə və süni zəka sahəsindəki fərdi həllərini istifadə etməyə imkan verə bilər.
         Kütləvi informasiya vasitələrinin məlumatlarına əsasən səhmdarların təzyiqləri səbəbilə şirkət özünü yeni sahələrdə yoxlamaq məcburiyyətindədir. Belə ki, səhmdarları şirkətin yeni gəlir mənbələrini tapa bilməməsi narahat edir. Şirkətin mövcud olan məhsulları artıq gəlir artımını stimullaşdıra bilmirlər. Apple uzun illər ərzində elektromobil sahəsinə daxil olmağa çalışırdı. Lakin nəticədə şirkət bu layihəsini tamamilə bağlamalı oldu. Anonim mənbələrin sözlərinə əsasən robotlaşdırılmış smart ekran artıq bir neçə ildir ki, şirkət daxilində hazırlanır. Lakin Apple bu istiqamətini inkişaf etdirib-etdirməmək mövzusunda qərarsızdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Hələ təqdim edilməmiş Beats Solo 4 naqilsiz qulaqlığının imkanları açıqlanıb
    hele-teqdim-edilmemis-beats-solo-4-naqilsiz-qulaqliginin-imkanlari-aciqlanib
    Apple büdcəli AirPods üzərində çalışır
    apple-budceli-airpods-uzerinde-calisir
    iPhone 6 Plus smartfonu Apple şirkətinin köhnəlmiş cihazlar siyahısına daxil edilib
    iphone-6-plus-smartfonu-apple-sirketinin-kohnelmis-cihazlar-siyahisina-daxil-edilib
    Növbəti iPhone SE-nin keys fotoları təqdim edilib
    novbeti-iphone-se-nin-keys-fotolari-teqdim-edilib
    iPhone 16 Pro və iPhone 16 Pro Max bir qədər yenilənmiş titan gövdəni əldə edəcəklər
    iphone-16-pro-ve-iphone-16-pro-max-bir-qeder-yenilenmis-titan-govdeni-elde-edecekler