main-post-cover

    Apple-dan ikili arxa kameraya sahib yeni iPad Pro 2020 - QİYMƏTİ

    Elm & Texnologiya
    19.03.2020
    Farid Pardashunas
        Apple şirkəti dünən MacBook Air (2020) ilə birlikdə iPad Pro 2020 planşet modelini də təqdim etdi. Yeni iPad Pro 2020 daha güclü prosessor, LiDAR skanerli ikili arxa kamera, studiya keyfiyyətli yenilənmiş mikrofonlar və touchpad-a sahib klaviatura dəstəyini əldə edib. Əvvəlki modellər kimi iPad Pro 2020 də iki versiyada təqdim olunur: 11 düym ekrana və 12.9 düym ekrana sahib model. Əvvəlki modellərdən bəri ekran heç də dəyişilməyib. Belə ki, 11 düymlük iPad Pro 2020 modeli 2388x1668 piksel keyfiyyətli IPS ekrana, 12.9 düymlük iPad Pro 2020 modeli isə 2732x2048 piksel keyfiyyətli IPS ekrana sahibdir.
        Ekranlar həmçinin 120 Hz-lik təsvir yenilənməsini, True Tone texnologiyasını və DCI-P3 rəng əhatəsini dəstəkləyirlər. Xarici görünüşcə yeni iPad Pro-nu əvvəlki modellərdən ikili arxa kamera ilə fərqləndirmək olar. Yeni planşet modelinin arxa kamerası iPhone 11 Pro smartfonunun arxa kamerası tərzində reallaşdırılıb. Beləliklə standart 12 MP-lik genişbucaqlı kameranın yanına həmçinin 10 MP-lik ultragenişbucaqlı kamera modulu və LiDAR skaneri əlavə olunub. Sözgüedən skaner öz növbəsində 5 metr məsafədə olan obyektlər ilə planşet arasındakı məsafəni təyin etməyə imkan verir. Bu skanerin istifadə sahələrindən biri də artırılmış reallıqdır.
        Yeni iPad Pro modeli studiya keyfiyyətli 5 mikrofon sistemi ilə təchiz olunub. Apple şirkəti bildirib ki, yenilənmiş kameralar və mikrofon sistemi sayəsində yeni iPad Pro modeli yüksək səs keyfiyyətinə sahib keyfiyyətli videolar çəkə bilir. Planşet əsas A12Z Bionic prosessoru, M12 köməkçi prosessoru, 8 nüvli qrafik sürətləndirici, 128 / 256 / 512 GB və 1 TB daxili yaddaş həcmi ilə təchiz olunur. Şirkətin verdiyi məlumata əsasən bu cür göstəricilər ilə o, bir sıra noutbuklardan daha güclü çalışır.
        Yeni iPad Pro ilə birlikdə iPadOS-ə həmçinin kursor (ekranda əks olunan ox) dəstəyi də əlavə edilib. Bu səbəbdən şirkət yenilənmiş iPad Pro üçün Magic Keyboard adlı klaviaturanı təqdim edib. Bu klaviatura touchpad hissəsinə sahibdir. Qeyd etmək lazımdır ki, yeni planşet modelinin versiyaları Wi-FiLTE dəstəyini əldə ediblər. Yeni iPad Pro artıq satışdadır. Onun satış qiymətləri isə aşağıdakı kimidir:
    Wi-Fi modula sahib iPad Pro 11 - 800$-dan başlayan qiymət
    Wi-Fi + LTE modula sahib iPad Pro 11 - 950$-dan başlayan qiymət
    Wi-Fi modula sahib iPad Pro 12.9 - 1000$-dan başlayan qiymət
    Wi-Fi + LTE modula sahib iPad Pro 12.9 - 1150$-dan başlayan qiymət
    iPad Pro 11 üçün Magic Keyboard klaviaturası - 300$
    iPad Pro 12.9 üçün Magic Keyboard klaviaturası - 350$.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər