main-post-cover

    Android'in yaradıcısı Essential Phone 2-nin prototipini sərgilədi

    Elm & Texnologiya
    09.10.2019
    Farid Pardashunas
        Birinci Essential Phone-nun satışa çıxmasından 2 ildən çox zaman keçib. Həmin vaxtdan bəri şirkət barəsində heç bir məlumat yox idi. Lakin məlum olub ki, bütün bu müddət ərzində şirkət yeni smartfon üzərində çalışıbmış. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə Essential şirkətinin rəhbəri olan Andy Rubin öz Twitter hesabında yeni smartfonun prototipinin fotolarını təqdim edib. Fotolardan da görmək olar ki, smartfon bir qədər uzun dar dizayna sahibdir. Bu çox qeyri adi görünür. Həmçinin smartfon genişformatlı ekrana da sahibdir.
        Qeyd etmək lazımdır ki, smartfon öz xarici görünüşü baxımından Xiaomi Qin 2 smartfon modelini xatırladır. Essential Phone 2 bir ədəd arxa kamera, ekranın yuxarı hissəsinin solunda ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı hissə və arxa paneldən barmaq izi skanı texnologiyası ilə təchiz olunacaq.Təqdim olunmuş fotolardan həmçinin smartfonun hansı interfeysə sahib olacağını da görmək olar. Çox güman ki, bu, Android əməliyyat sisteminin dəyişdirilmiş versiyası olacaq. Smartfonun hansı texniki göstəricilərə sahib olacağı və onun nə zaman təqdim olunacağı barəsində bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər