main-post-cover

    Android 11 ilə bağlı bir yenilik daha: Qaranlıq rejim planlana biləcək

    Elm & Texnologiya
    20.12.2019
    Nijat Hamid
            Google şirkəti artıq Android 11 üzərində işləməyə başlayıb. Android 10 ilə daha stabil və performanslı bir sistemi istifadəçilərə təqdim edən şirkətin növbəti planları ortaya çıxıb. Android 10 Beta zamanında sistemdən ləğv olunan funksiya Android 11 ilə geri dönəcək kimi görünür. 

    Android 11 ilə artıq Qaranlıq rejimi (Dark Mode) zamanlamaq mümkün olacaq. Planlanan vaxtda cihaz avtomatik qaranlıq moda keçəcək.

            Google-ın bu funksiyanı ləğv etmə səbəbi bu idi ki, əgər funksiya aktivdisə planlanan saatda telefon bütün proqramları bağlayaraq qaranlıq moda keçirdi. Bu səbəbdən istifadəçilər gözləmədikləri anda proqramların bağlanması ilə qarşılasa bilirdilər. Google rəsmilərinin bildirdiklərinə görə istifadəçilərdən gələn şikayətlər dəyərləndirilib və funksiyanın geri qaytarılmasına qərar verilib. Android 11 gələn ilin Avqust ayında təqdim ediləcək və Sentyabr-Oktyabr aylarında artıq Pixel cihazları üçün stabil olaraq yayımlanacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər