Android 11-də yeni jestlər sistemi aşkar edilib: Smartfonun arxa panelinə 2 dəfə klikləmək (VİDEO)
Elm & Texnologiya
22.02.2020
Farid Pardashunas
Bir neçə gün bundan öncə Google şirkəti tərtibatçılar üçün Android 11 Developers Preview-nun ilk versiyasını təqdim etdi. Tərtibatçılar isə yeni əməliyyat sistemini incələməyə başladılar və onun daxilində smartfonlar üçün nəzərdə tutulmuş yeni funksiyanı aşkar etdilər. Bu barədə XDA-Developers saytı xəbər verib. SytemUIGoogle APK-nın daxilində Columbus kod adına sahib yeni jestlər sistemi aşkar edilib.
Sözügedən yeni jestlər sistemi smartfonun arxa panelinə 2 dəfə klikləmək özəlliyini özündə birləşdirir. Beləliklə istifadəçi smartfonun arxa panelinə 2 dəfə klikləməklə müxtəlif əməliyyatları işə sala bilər. Məsələn smartfonun arxa panelinə 2 dəfə klik etməklə istifadəçi smartfonun kamerasını, Google Assistant səsli köməkçisini aktivləşdirə, gələn zənglərin səslərini deaktiv edə və s. kimi əməliyyatları yerinə yetirə bilər.
Smartfonun arxa panelinə 2 dəfə klik etməklə işə düşəcək əməliyyatları isə ayarlardan seçmək mümkün olacaq. Lakin görünür, bu yeni funksiya yalnız Google Pixel smartfon modellərində çalışacaq. Sğzügedən funksiyanın nə zaman işə düşəcəyi və onun hansı Pixel modellərində aktivləşdiriləcəyi bilinmir. Çox güman ki, bu yeni jestlər sistemini ilk olaraq Pixel 4a və Pixel 4a XL smartfon modellərində işə salacaqlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ