AMD daha da güclənir: Zen 3 arxitekturası möhtəşəm olacaq

AMD daha da güclənir: Zen 3 arxitekturası möhtəşəm olacaq

Texnologiya
20.11.2019 PAYLAŞIM

        AMD şirkəti bir neçə il öncə prosessor bazarında İntel'dən xeyli geri qalırdı. İntel daha güclü olması səbəbilə rəqibsizliyindan istifadə edərək qiymətləri nirvanaya qaldırmışdı. Yaxşı bir render komputeri yığdırmaq ciddi büdcələr tələb edirdi. Lakin AMD bir sıçrayış edərək Zen arxitekturasına keçdi. 1-ci nəsil Zen arxitekturalı prosessorlar ilə İntel'in eyni seqmentdeki bütün prosessorlarından daha yaxşı nəticə əldə edən AMD bu gun artıq Zen 3 arxitekturasına keçməyə hazırlaşır. 

Zen 3 arxitekturası ilə prosessorlar 7 nm++ ölçülərində istehsal ediləcək və daha az güc işlədərək daha çox performans verəcək.

        AMD şirkətinin CEO köməkçisi Forrest Norrod verdiyi reportajda Zen 3 arxitekturasının tamamilə 0-dan hazırlandığını deyir. Həmçinin bu arxitektura gücdən daha çox effektivliyə fokuslanacaq. Yəni nüvə sayılarının artdığı kimi ( 16 nüvə, 32 nüvə və s.) nüvə sayına düşən performans da artacaq. Həmçinin Zen 3 arxitekturası ilə hazırlanan prosessorlar daha az enerji ehtiyyacına malik olacaqlar. AMD CEO köməkçisi bu yeni arxitektura ilə birliktə EPYC adlı data mərkəzi üçün istehsal olunan 64 nüvəli prosessorlarda da nüvə sayının arta biləcəyini vurğuladı. AMD şirkətinə təşəkkür etmək lazımdır ki, prosessor bazarındakı rəqabəti təkrar canlandırdı və bizə uyğun qiymətli yüksək performans verən prosessorlar təklif etdi.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Redmi K30 5G rəsmi olaraq təqdim edildi - QİYMƏTİ

Bir neçə ay ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Redmi brendi sonunda Redmi K30 smar..


Galaxy S10 Lite, Note 10 Lite, A51, A71 smartfonlarının qiymətləri və satış tari..

Heç kim üçün sirr deyil ki, Samsung şirkəti hal hazırda Galaxy S10 Lite, Galaxy Note 10 Lite, Galaxy..


Xiaomi şirkəti ən böyük smartfon istehsalçıları reytinqinin ilk beşliyinə daxil ..

Diqqət çəkən sayda smartfon satışa çıxartmaqla Xiaomi şirkəti Huawei, Apple və Samsung ilə rəqabətə ..


Sony Xperia 3 flaqman smartfonu Geekbench testlərindən keçdi

Hələ sentyabr ayının sonunda məlum olmuşdu ki, Sony şirkəti yeni flaqman smartfon üzərində çalışır...


Windows 7 2023-ə qədər dəstək alacaq: Əgər 200 dollar versəniz

Microsoftun ən sevilən əməliyyat sistemi sözsüz ki, Windows 7-dir. Microsoft görünən odur ki, Windo..


Samsung az büdcəli 5G cihazlar üçün MediaTek ilə işləyəcək

5G texnologiyası bilindiyi kimi qismən bahalıdır. İstifadə edilən çiplər telefonların qiymətini arti..