Reklam
Amazon Alexa hətta vəfat etmiş insanların səsləri vasitəsilə danışa biləcək

Amazon Alexa hətta vəfat etmiş insanların səsləri vasitəsilə danışa biləcək

Texnologiya
23.06.2022 PAYLAŞIM

    Amazon şirkəti dünən Las Veqasda keçirilmiş Re:Mars adlı konfrans çərçivəsində etik nöqteyi nəzərdən mübahisəli texnologiyasını sərgiləyib. Belə ki, konfrans zamanı şirkət istifadəçinin yaxınlarının səsləri ilə danışa bilən smart səsgücləndiricini sərgiləyib. Məsələ burasındadır ki, sərgilənmiş smart səsgücləndirici istifadəçinin hətta vəfat etmiş yaxınlarının səsləri vasitəsilə də danışa bilir. Amazon şirkətinin baş vitse-prezidenti və Alexa səsli köməkçi şöbəsinin baş elm adamı olan Rohit Prasad səsli köməkçinin müəyyən insan səsini klonlaşdırmağı bacarmasına imkan verən funksiyadan danışıb. Konfrans çərçivəsində şirkət tərəfindən sərgilənmiş videoda balaca uşaq öz nənəsindən nağıl danışmağı yekunlaşdırmağı xahiş edib. Alexa isə uşağın sorğusunu ilk növbədə robot səsi vasitəsilə təsdiqləyib və daha sonra uşağın ailəsindən olan üzvünün səsini imitasiya edərək daha nazik və yumşaq səs tonuna keçid edib.

    Göründüyü kimi bu cür texnologiya “Black Mirror” serialının epizodlarından birinin süjet xəttinə bənzəyir. Rohit Prasad-ın sözlərinə əsasən Alexa komandası səsli köməkçiyə yüksək keyfiyyətli səs matrisasını generasiya etmək imkanını verən sistemi yarada bilib. Bununla belə yüksək keyfiyyətli səs matrisasını generasiya etmək üçün Alexa sadəcə olaraq bu və ya digər insan səsini özündə birləşdirən 1 və ya 1 dəqiqədən bir qədər az xronometraja sahib audio fayl vasitəsilə təlimatlandırılır. Sözügedən funksiya hələ hazırlanma mərhələsindədir və onun Amazon Alexa-ya tam şəkildə nə zaman inteqrasiya ediləcəyi bilinmir. Məlumatda qeyd edilib ki, bu texnologiya istənilən səsin dublikatını yaratmaq qabiliyyətinə sahibdir. Rohit Prasad qeyd edib ki, bu cür texnologiya vəfat etmiş yaxın insanların xatirələrini əbədiləşdirməyə imkan verir. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Samsung 3 nanometrlik prosessorların istehsalına start verib

Samsung-un 3 nanometrlik prosessorları istehsal etməyə başladığı barəsində məlumat şirkətin rəsmi sa..


Xiaomi Mi Band 7 Pro smart qolbağının dizaynı rəsmi şəkildə sərgilənib

Xiaomi şirkəti Mi Band 7 Pro smart qolbağının yaxın zamanda satışa çıxacağını təsdiqləyib...


Braziliya da öz regionundakı smartfonlarda vahid USB Type-C girişindən istifadən..

Braziliyanın şəbəkələr üzrə Anatel adlı nizamlayıcı orqanı USB Type-C girişini ökədə satılan bütün s..


2035-ci ildən Avropa Birliyi regionunda daxili yanma mühərrikinə sahib avtomobil..

2030-cu ilə kimi yüngül avtomobillərin karbon tullantıları 55%, yüngül kommersiya furqonlarının karb..


Instagram Azərbaycanda niyə musiqili videoları bloklayır? (AÇIQLAMA)

Son 1 hhəftə ərzində Instagram kütləvi şəkildə musiqili videoları müəllif hüquqlarının pozulması səb..


Qualcomm Snapdragon 8 Gen 2 flaqman prosessorunun nə zaman təqdim olunacağı məlu..

Qualcomm şirkəti bu il üçün yeni məhsullarının təqdimatı üzrə yol xəritəsini yeniləyib...

×