Alibaba Group'un yaradıcısı Jack Ma şirkətdən ayrıldı
Elm & Texnologiya
10.09.2019
Farid Pardashunas
Çinin məşhur Alibaba Group şirkətinin yaradıcısı Jack Ma şirkətin direktorlar şurasınn sədri vəzifəsindən ayrıldı. Bu barədə Bloomberg və Techcrunch saytları xəbər veriblər. Jack Ma şirkətdən ayrılma planını hələ 1 il bundan öncə elan etmişdi. Direktorlar şurasının sədri vəzifəsində Jack Ma-nı Daniel Zhang əvəz edəcək. O, 2017-ci ildən bəri şirkətin general direktoru vəzifəsində çalışır.
Bloomberg saytının sorğusunda iştirak etmiş mütəxəssislərin fikirlərinə əsasən çətin ki, Daniel Zhang Jack Ma-nın dəstəyi olmadan vacib qərarlar qəbul etsin. Jack Ma, Alibaba-dan ayrılma fikrini ilk dəfə keçən ilin sentyabr ayında elan etmişdi. O, şirkətdən 10 sentyabr tarixindəki 55-ci doğum günündə ayrılmağı qərara aldı. Məşhur sahibkar təhsil sahəsinə geri qayıtmağı və xeyriyyə layihələri ilə məşğul olmağı istəyir.
Bloomberg saytının hesablamalarına əsasən Jack Ma-nın maliyyə sərvəti 41.8 milyard dollar təşkil edir. Hal hazırda ona Alibaba səhmlərinin 5.3%-i məxsusdur. Onların ümumi dəyəri isə 24.6 milyard dollar təşkil edir. Jack Ma texniki təhsili olmayan keçmiş ingilis dili müəllimidir. O, Alibaba Group şirkətini 1999-cu ildə öz partnyorları ilə yaradıb. Şirkət AliExpress, Tmall, TaoBao kimi məşhur ticarət servislərinə sahibdir. Alibaba Group şirkətinin bazar dəyəri isə 460 milyard dollar təşkil edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ