ABŞ sanksiyaları səbəbilə Huawei şirkəti nə qədər vəsait itirəcək?

ABŞ sanksiyaları səbəbilə Huawei şirkəti nə qədər vəsait itirəcək?

Texnologiya
26.08.2019 PAYLAŞIM

     Huawei şirkəti ABŞ sanksiyaları nəticəsində əldə etdiyi vəsait itkilərinə yenidən nəzər salıb. Beləliklə şirkətin hesablamalarına əsasən Huawei bu il özünün istehlakçı biznesi şöbəsinin ümumi gəlirinin 10 milyard dollarınını itirə bilər. Qeyd etmək laz;mdır ki, istehlakçı biznesinə həmçinin smartfon satışları da daxildir. Bu məsələ barəsində şirkət sədrinin müavini Eric Xu bildirib. Bu barədə Bloomberg saytı xəbər verib.

     Onun sözlərinə əsasən bu cür göstərici şirkətin daha öncədən proqnoz etdiyi göstəricidən daha azdır. Belə ki, hələ iyun ayında Huawei şirkətinin yaradıcısı Ren Zhengfei bildirmişdi ki, ABŞ sanksiyaları səbəbilə şirkət yaxın 2 il ərzində satışlarda 30 milyard dollar itirə bilər. “Deyəsən vəsait itkisi əvvəlcədən güman edildiyindən daha az olacaq. Lakin siz gələn ilin mart ayında təqdim ediləcək hesabatları gözləməlisiniz. Heç istisna deyil ki, 10 milyard dollardan daha çox vəsait itirilə bilər” - deyə Eric Xu bildirib.


     Buna baxmayaraq şirkət ABŞ məhsullarına alternativ variantlar üzərində aktiv şəkildə çalışır. Bir neçə müddət bundan öncə ABŞ hökuməti şirkətin ABŞ bazarında fəaliyyət göstərməsi üçün daha 90 günlük lisenziya vermişdi. Lakin şirkəti təmsilçisi bunu mənasız adlandırmışdı. Belə ki, şirkət əməkdaşları tam məhdudlaşdırılmış vəziyyətdə çalışmağa hazırdırlar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi, 6G və Peyk İnterneti kimi gələcəyin texnologiyaları üzərində işləməyə ba..

Xiaomi şirkətinin rəsmilərinin verdikləri məlumata əsasən şirkət 6G və Peyk interneti kimi gələcəyin..


SpaceX yenə tarix yazdı: Şirkət uğurlu şəkildə astronavtları BKS-ə göndərdi (VİD..

 Uzun müddətdən sonra SpaceX şirkəti sonunda daxilində astronavtların olduğu Crew Dragon kosmik gəmi..


AMD-dən 10.nəsil Intel-ə yeni zərbə: 3 yeni prosessor gəlir

AMD şirkəti 10.nəsil Intel prosessorlarına yeni rəqiblər satışa çıxarır. Yeni Ryzen prosessorları tə..


Google axtarış sistemində dəyişiklik: Bu saytlar axtarış nəticələrində önə çıxac..

Google axtarış sistemi yaxın zamanda axtarış nəticələrində səhifələrin seçimi alqoritmində dəyişikli..


Linux-un atası Linus Torvalds illər sonra AMD prosessora keçdi: Niyə?

Linux əməliyyat sisteminin atası kimi tanınan Linus Torvalds illər sonra Intel prosessorlardan AMD-ə..


Samsung, Dual Pixel və Tetracell texnologiyalarını birləşdirən kamera sensorunun..

Samsung şirkəti Dual Pixel və Tetracell texnologiyalarını birləşdirən kamera sensorunun istehsalına ..

×