main-post-cover

    ABŞ hökuməti Çinin aparıcı süni zəka şirkətlərini qara siyahıya saldı

    Elm & Texnologiya
    09.10.2019
    Farid Pardashunas
        Vaşinqtonda keçiriləcək vacib danışıqların fonunda smart kameralar və onlar üçün proqram təminatının hazırlanması üzrə fəaliyyət göstərən aparıcı istehsalçılar sanksiyalara məruz qalıblar. ABŞ-ın ticarət nazirliyi düşünür ki, Çindən olan həmin istehsalçılar öz texnologiyalarından uyğurların və digər müsəlman vətəndaşların repressiyası üçün istifadə ediblər. Bu barədə MIT Tech Review saytı xəbər verib. Beləliklə ABŞ hökuməti Çinə qarşı olan sanksiyalarını genişləndirib. Məlumatda qeyd edilib ki, bu saksiyalar potensial güclü zərbədir.
        Belə ki, Çin öz prosessorlarının 90%-ni import edir. Neyroşəbəkələr üçün lazımi təchizatı isə ABŞ-ın Nvidia şirkəti istehsal edir. Reuters saytınn məlumatlarına əsasən ABŞ-ın qara siyahısına smart kameralar istehsalçısı Hikvision, insanların üzlərinin təyin olunması üçün nəzərdə tutulmuş proqram təminatı istehsalçıları SenseTime Megvii, nitqin təyin olunması sahəsində fəaliyyət göstərən lider şirkətlər iFlytek Yitu daxil ediliblər. Bununla yanaşı ABŞ şirkətlərinə Çində olan 20-dən çox dövlət agentliyi ilə əməkdaşlıq etmək də qadağan olunub.
        ABŞ-ın ticarət nazirliyinin bəyanatında qeyd edilib ki, sanksiyalara məruz qalmış şirkətlər və təşkilatlar Çinin repressiya kampaniyası çərçivəsində insan hüquqlarının pozulmasında iştirak ediblər. Həmin repressiya kampaniyasına insanların kütləvi həbs edilməsi, uyğurlar, qazaxlar və digər müsəlman vətəndaşları üzərində yüksək texnoloji izlənmə prosesləri daxildirlər. Qeyd etmək lazımdır ki, bu yeni sanksiyalar Çin ilə ABŞ arasındakı ticarət məsələləri üzrə Vaşinqtonda keçiriləcək danışıqlardan əvvəl təyin edilib. Süni zəka Çin üçün ən əsas texnologiyalardan biridir. Buna görə də Çinin ABŞ sanksiyalarına sərt cavab verəcəyini gözləmək olar. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər