ABŞ hökuməti 5G şəbəkəsinə aid bütün Çin istehsalı məhsulları bloklamağı planlaşdırır

ABŞ hökuməti 5G şəbəkəsinə aid bütün Çin istehsalı məhsulları bloklamağı planlaşdırır

Texnologiya
25.06.2019 PAYLAŞIM

    ABŞ ilə Çin arasındakı vəziyyət gərginləşməkdə davam edir. 5G şəbəkəsi üçün Huawei ilə ZTE şirkətlərinin təchizatlarının bloklanmasından əlavə olaraq ABŞ hökuməti bazarı Huawei şirkətinin 3G ilə 4G texnologiyalarından da təmizləmək niyyətindədir. Bu barədə Gizchina saytına istinadən 4pda saytı xəbər verib. Nəticə etibarilə Çin ilə ABŞ arasındakı ticarət müharibəsində “qurbanların” sayı arta bilər. Yəni bu vəziyyətdə zərər çəkəcəklər siyahısında təkcə Çin şirkətləri olmayacaqlar.

    Məlumata əsasən ABŞ hökuməti gələcək 5G telekommunikasiya şəbəkəsində bütün Çin istehsalı olan məhsulları bloklamaq imkanını nəzərdən keçirdir. İlkin hesablamalara əsasən bu cür qərar ABŞ hökumətinə 1 milyard dollara başa gələ bilər. Məsələ burasındadır ki, bu qərar təkcə ZTE ilə Huawei şirkətlərinə deyil həm də təchizatları Çində istehsal olunan Avropa şirkətlərinə də şamil olunur. Bu səbəbdən Nokia Ericsson kimi şirkətlər də təhlükə altındadırlar. Həmçinin istisna deyil ki, Çində istehsal olunan iPhone modellərinin ABŞ bazarına gətirilməsinə qadağa qoyulsun.

    Bununla yanaşı ortaya çıxmış yeni məlumata əsasən ABŞ hökuməti öz bazarı üçün aparat və proqram təminatının hazırlanması mövzusunda yerli telekommunikasiya şirkətlərinə müraciət edib. Hesabatda qeyd olunub ki, bu plan hələ qeyri-rəsmi mərhələdədir və yeni qaydaları özündə əks etdirən siyahı 150 günlük müddətin bitməsindən sonra təqdim olunacaq. Lakin bu qərar bir neçə il zaman apara bilər. Daha öncədən məlumat verilmişdi ki, Huawei-yə qarşı tətbiq olunmuş ABŞ sanksiyaları öz növbələrində 5G şəbəkəsinin yayılmasını bir xeyli ləngidə bilərlər.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Xanımlar üçün 500 Manatlıq Texnologiya səbəti | Hədiyyə edirik

31 Oktyabr axşam saat 20:00-da isə ənənəvi canlı yayımımız Facebook səhifəmizdə olacaq. Və 5 nəfər ş..


Elon Musk yeni smartfon alandan sonra köhnəsini məhv edir

Yeni smartfonun alışından sonra köhnə smartfon modelinin aqibəti müxtəlif cür olur.


Hyundai şirkəti gələcəyin avtomobillərinə 35 milyard dollar investisiya yatıraca..

Cənubi Koreya prezidenti Moon-Jae-in düşünür ki, 2030-cu ilə kimi Cənubi Koreya yollarında olacaq nə..


NASA agentliyi Ay və Mars üçün nəzərdə tutulmuş yeni kosmik skafandrları təqdim ..

Hələ bir neçə müddət bundan öncə NASA agentliyi yeni kosmik skafandrın hazırlanması sifarişini vermi..


Xiaomi şirkəti gələn il çoxlu sayda 5G dəstəkli smartfon satışa çıxardacaq..

Keçirilmiş 6-cı beynəlxalq internet konfransı çərçivəsində Xiaomi şirkətinin təsisçisi Lei Jun, 5G ş..


HTC şirkəti Exodus 1s adlı büdcəli kriptovalyuta smartfonunu təqdim etdi

Hələ bu ilin may ayında HTC şirkəti Exodus 1s adlı kriptovalyuta smartfonu barəsində planlarını açıq..