main-post-cover

    5G dəstəkli smartfonlar bazarında lider şirkətlər təyin olunub

    Elm & Texnologiya
    03.02.2020
    Farid Pardashunas
        5G şəbəkə dəstəkli ilk smartfon modelləri keçən il satışa çıxmağa başladılar. Həmin smartfonlara olan tələbat isə analitiklərin gözləntilərindən daha yüksək oldu. Strategy Analytics şirkətinin mütəxəssisləri bu məsələ üzrə böyük araşdırma apararaq hansı şirkətlərin bu tələbatdan istifadə edərək 5G şəbəkə texnologiyasında liderliyi əldə etdiklərini müəyyən ediblər. Bu barədə Gizchina saytı xəbər verib. Analitiklərin məlumatlarına əsasən 2019-cu ildə 5G şəbəkə dəstəkli 19 milyon smartfon satılıb.
    Onlardan 6.9 milyon (36.9%) smartfon Huawei şirkətinin istehsalıdır. Strategy Analytics şirkətinin mütəxəssisləri qeyd ediblər ki, ABŞ hökuməti tərəfindən tətbiq edilmiş sanksiyalar Huawei şirkətinin smartfon satışlarına təsir göstərə bilməyiblər. Bununla belə məlumatda qeyd edilib ki, bu məsələdə şirkət ən böyük uğuru öz vətəninin bazarında əldə edib. Huawei şirkətindən minimal fərq ilə ikinci yeri tutmuş şirkət isə Samsung-dur. Belə ki, şirkət keçən il 5G şəbəkə dəstəkli 6.7 milyon smartfon (35.8%) sata bilib.
        Samsung-un məhsullarına Avropa və ABŞ bazarlarında yüksək tələbat olub. Yerdə qalmış şirkətlər hələ ki, bazarın lider şirkətləri ilə rəqabət aparmaq qabiliyyətinə sahib deyillər. Həmin şirkətlərdən Samsung və Huawei-yə yaxınlaşa bilən Vivo şirkəti olub. Onun satışları 10.7% təşkil edib. Huawei kimi Vivo da öz smartfonlarını əsasən Çin bazarında satışa çıxardıb. 6.4% satış göstəricisi ilə dördüncü yerdə Xiaomi qərarlaşıb.
        Bu şirkət beynəlxalq bazara Mi Mix 3 5G smartfon modeli sayəsində çıxa bilib. 4.8%-lik satış göstəricisi ilə LG şirkəti ilk beşlikdə sonuncu yeri tutub. 5G şəbəkə dəstəkli smartfonlar arasında ən məşhur modellər Huawei Mate 20X 5G, Mate 30 Pro 5G, Galaxy Note 10 5GGalaxy S10 5G olublar. Bu il 5G şəbəkə dəstəkli smartfonların yeni inkişaf mərhələsinin başlaması ilidir. Belə ki, şirkətlər arasndakı rəqabətə həmçinin Apple da qoşulacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər