25% daha sürətli çalışma: Google şirkəti yenilənmiş Chrome brauzerini təqdim edib
Elm & Texnologiya
18.11.2020
Farid Pardashunas
Google şirkəti Chrome brauzeri üçün böyük yenilənmə təqdim edib. Tərtibatçıların sözlərinə əsasən Chrome daxilində edilmiş bir sıra dəyişikliklər sayəsində brauzerdəki qovluqlar daha sürətlə açılır və noutbuk prosessoruna daha az yüklənmə olur. Nəticədə noutbukun çalışma müddəti artır. Bu barədə The Verge saytı xəbər verib. Şirkət təmsilçilərinin sözlərinə əsasən brauzerdə açıq vəziyyətdə olan qovluq fon rejimində çalışan qovluqdan daha prioritetli vəziyyətə düşür.
Buna görə də brauzerin CPU-ya yüklənməsi 5 dəfə azalır. Bunun sayəsində Chrome brauzerinə sahib noutbuk web serfing rejimində 1.25 saat daha çox çalışa biləcək. Bu yeni özəllik fon rejimində işə düşən musiqiyə və ya gələn bildirişə təsir etməyəcək. Bununla yanaşı Google şirkəti bildirib ki, yenilənmiş brauzer 25% daha sürətli işə düşür. Yeni qovluqların açılma sürətləri isə 7% yüksəlib. Yenilənmiş brauzerin digər özəllikləri arasında qovluqlar üzrə axtarış funksiyası və URL hissədə brauzer ayarlarının yenilənməsi var. Yeni Chrome versiyası artıq bir çox regionlardakı istifadəçilər üçün aktivdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ