main-post-cover

    "Gənc və bacarıqlı şirlər"in səbirsizliklə gözlədiyi "Young Lions Azerbaijan 2024" yenidən odlar yurdunda!

    Tech-Azərbaycan
    14.03.2024
    Aslan Aslanov
         Artıq uzun illərdir bacarıqlı gəncləri bir araya toplayan "Young Lions" festivalı yenidən Azərbaycana qayıdır. Ancaq bu dəfə hər zamankından fərqli olaraq 3 kateqoriya üzrə yaradıcı və kreativ gəncləri bir araya gətirəcək.
         Mükafatlandırma gecəsinin ənənəvi siması olan Fərid Pərdəşünasın aparıcığı ilə ilə baş tutacaq "Young Lions" tədbirinə həm iştirakçılar üçün qeydiyyat başlayıb, həm də izləyicilər üçün bilet satışları açıq elan edilib. Hər il yaradıcı gənclərin bacarıqlarını nümayiş etdirərək bir-biriləri ilə rəqabətə girdiyi "Gənc Şirlər" festivalı "Print", "Dizayn" və "Film" kateqoriyaları üzrə 3 komandanı Fransanın Kann şəhərinə "Cannes Lions 2024" yaradıcılıq və kreativlik festivalına Azərbaycanı təmsil etmək üçün göndərəcək.
         Hər komandadan 2 nəfərin iştirak edə biləcəyi bu tədbirin sonunda qalib komandaların bütün əlaqəli xərcləri qarşılanacaq. Yarışın şərtləri isə olduqca sadədir. Belə ki, yarışa qatılan şəxslər:
    • 21.06.1993 tarixindən sonra doğulmalı;
    • Kreativ sahədə çalışan mütəxəssis olmalı;
    • İngilis dilini bilməlidir.
         Qeydiyyat üçün baş tutacaq son tarix 27 Mart 2024-cü ildir. Hər bir komanda qoşulmaq üçün 70 AZN iştirak haqqı ödəyərək qeydiyyat üçün müraciət edə bilər. Qeydiyyatı uğurla tamamlayan hər bir komanda isə Bakıda keçirələcək tədbirə giriş əldə edəcək.
         Qeydiyyat linki burada:  https://bit.ly/3v88Kge
         Tədbirə izləyici kimi qoşulmaq istəyən şəxslər 50 AZN ödəyərək giriş bileti əldə edə bilərlər. Tədbir zamanı izləyicilər yaradıcı gənclərin bacarıqları ilə yaxından tanış ola və 4 önəmli spikerin çıxışlarını dinləyə bilərlər.
         İzləyicilər üçün biletlər burada: https://bit.ly/4a8NdTt
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər