Qədim qalaktikada yeni ulduzların formalaşmasını dayandırmış super kütləli qara dəlik kəşf edilib

Qədim qalaktikada yeni ulduzların formalaşmasını dayandırmış super kütləli qara dəlik kəşf edilib

Süni zəka və Elm
31.05.2023 PAYLAŞIM

    Alimlər James Webb kosmik teleskopundan istifadə edərək GS-9209 adlı qədim qalaktikada yeni nəhəng qara dəlik kəşf ediblər. Sözügedən qədim qalaktika Yer kürəsindən 25 milyard işıq ili uzaqlığında yerləşir. Məlumata əsasən bu qalaktika Böyük partlayışdan cəmi 800 milyon il sonra özündə Süd Yolu qalaktikasında olan ulduzların sayı qədər ulduz formalaşdırıb. Bununla belə GS-9209 Süd Yolu qalaktikasından 10 dəfə daha kiçikdir. Lakin GS-9209-da yeni ulduzların formalaşması prosesi dayanıb. James Webb vasitəsilə aparılmış müşahidələr nəticəsində məlum olub ki, bunun əsas səbəbi qalaktikanın mərkəzində yerləşən super kütləli qara dəlikdir.

    Alimlər qeyd ediblər ki, kəşf edilmiş yeni super kütləli qara dəlik qalaktikada olan ulduzların sayı baxımından müasir elmi təsəvvürlərə əsasən sahib olmalı olduğu kütlədən 5 dəfə daha kütləlidir. Kəşf edilmiş bu yeni super kütləli qara dəlik bu cür qara dəliklərin qalaktikalarda yeni ulduzların formalaşma prosesini dayandırmaları fərziyyəsini sübut edən daha bir faktdır. Bu cür qara dəliklər yüksək enerjili şüalanma ifraz edirlər və həmin həmin şüalanma qazı qızdıraraq onu qalaktikadan kənara atır. Nəticədə qalaktikada lazımi miqdarda qaz qalmadığı üçün yeni ulduzların formalaşması prosesi dayanır.




DAHA ÇOX


Meta şirkəti sabah süni zəka əsaslı çat-botunu təqdim edəcək

Meta şirkəti artıq sabah Connect adlı tədbirinə start verəcək.


Erkən kainatda Süd Yoluna bənzər disk formalı qalaktikaların sayı daha çox imiş..

James Webb kosmik teleskopunun istifadəyə verilməsindən öncə hesab edilirdi ki, kainatın 6 milyard i..


Yupiterin peyki Avropada potensial bioloji həyat növünə işarə edən faktor aşkar ..

James Webb kosmik teleskopu təkcə kosmosun dərinliklərini araşdırmaq üçün nəzərdə tutulmayıb...


Joe Biden süni zəkadan istifadə qaydalarının yaradılması üçün dünya liderlərinə ..

BMT Baş Assambleyasında çıxışı zamanı ABŞ prezidenti Joe Biden süni zəka sahəsində əməkdaşlığın quru..


OpenAI şirkətinin süni zəka modelləri xüsusi qrup tərəfindən yoxlanılacaq..

OpenAI şirkəti Red Teaming Network adlı proqramı işə saldığını elan edib.


Çaylar sürətlə qızaraq tərkiblərindəki oksigeni itirirlər

Aparılmış yeni tədqiqata əsasən çaylarda temperatur daha sürətlə artır və nəticədə onlar okeanlardan..

×