main-post-cover

    Qara dəliklər kvant özəlliklərə sahib ola bilərlər

    Süni İntellekt
    03.11.2022
    Farid Pardashunas
        Kvinslend Universitetinin fiziklərinin aparmış olduqları kompüter modelləşdirməsi nəzəri cəhətdən qara dəliklərdə kvant özəlliklərinin olduğunu əsaslandırıb. Bunun üçün alimlər qara dəliyin asan hesablanan və ayrılmaz özəlliyi olan kütlədən istifadə ediblər. Beləliklə qara dəliyin kütləsindən istifadə edərək alimlər nəzəri olaraq əsaslandırıblar ki, qara dəlik eyni anda milyonlarla Günəş kimi ağır və atom kimi yüngül ola bilər. Bu bir növ Şredingerin pişiyi əfsanəvi nəzəri təcrübəyə bənzəyir.
        Qara dəliklərin müxtəlif kütlələrə sahib ola biləcəkləri üzrə fərziyyə ilk dəfə fizik Jacob Bekenstein tərəfindən irəli sürülmüşdü. Aparılmış yeni tədqiqat isə Bekenstein tərəfindən irəli sürülmüş fərziyyəni müəyyən mənada təsdiqləyir. Belə ki, riyazi nöqteyi nəzərdən qara dəliklər həqiqətən də eyni anda müxtəlif kütlələr diapazonuna sahib ola bilərlər. “Biz, qara dəliklərin eyni anda müxtəlif kütlələrə sahib ola bilib-bilməyəcəklərini aydınlaşdırmaq istəyirdik. Məlum olub ki, bu həqiqətən də mümkündür. Biz, indiyənə kimi qara dəliklərin, kvant fizikasının qəribə özəlliklərini sərgiləyib-sərgiləmədiklərini dərindən araşdırmamışıq” - deyə yeni tədqiqatın müəllifi Joshua Foo qeyd edib.
        Əgər qara dəliklər kütlə mövzusunda kvant özəlliklərə sahibdirlərsə, deməli onlar digər faktorlar üzrə də bu cür özəlliklər sərgiləyə bilərlər. Bu, çox vacib bir məqamdır. Belə ki, biz indiyənə kimi əmin idik ki, kvant mexanikasını özündə birləşdirən subatom hissəciklər dünyası ilə bizim öz ətrafımızda bu və ya digər üsulla müşahidə etdiyimiz ənənəvi dünya kəsişə bilməz. Lakin məlum olub ki, riyazi nöqteyi nəzərdən makro obyektlər eyni anda həm ölü həm canlı ola, kvant dolaşıqlığını yarada və kvant teleportasiyasını sərgiləyə bilərlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər