main-post-cover

    Qalaktikamızın mərkəzində yerləşən superkütləli qara dəliyə yaxın zonada yeni yaranmış ulduz kəşf edilib

    Süni İntellekt
    05.03.2023
    Farid Pardashunas
        Süd Yolu qalaktikasının mərkəzi bəlkə də ən təhlükəli mühitdir. Belə ki, qalaktikamızın mərkəzində superkütləli qara dəlik yerləşir. Lakin alimlər qalaktikamızın mərkəzində çox maraqlı bir kəşf ediblər. Belə ki, onlar Süd Yolunun mərkəzində yerləşən superkütləli qara dəliyin yaxınlığında yenicə yaranmış ulduzu kəşf ediblər. Bu kəşfin maraq doğuran tərəfi ondan ibarətdir ki, qara dəliyə yaxın olan zonada yeni ulduzun formalaşması üçün nəzərdə tutulmuş şərtlər mövcud deyil. Bir neçə müddət bundan öncə alimlər qalaktikamızın mərkəzində yerləşən Oxatan A* (Sagittarius A*) adlı superkütləli qara dəliyə yaxın zonada komet quyruğu formasında olan ulduzlararası qaz axınını aşkar etmişdilər. Həmin qaz axını X3 adını əldə etmişdi.
        Lakin daha sonra alimlər aşkar etdilər ki, kəşf edilmiş qaz axını daxilində cavan ulduz yerləşir. Kəşf edilmiş cavan ulduza X3a adı verildi. X3 qaz axınının daxilində yerləşən X3a adlı cavan ulduz infraqırmızı infraqırmızı yaxın diapazonlarda olmuş çoxlu sayda müşahidələr nəticəsində kəşf edilib. Belə ki, yalnız bu şüalanmalar cavan ulduzun ətrafını əhatə edən qaz örtüyünü keçə biliblər. Aparılmış əlavə analizlər nəticəsidnə məlum olub ki, X3a-nın fiziki, kimyəvi tərkibi və quruluşu cavan ulduza bənzəyir. Bununla belə astronomik göstəricilərə görə o, bir neçə on min il bundan öncə formalaşıb. Onun yerləşdiyi zonada isə yeni ulduzun yaranması üçün nəzərdə tutulmuş şərtlər mövcud deyil.
        Belə ki, o, qara dəliyə yaxın zonada yerləşir və qara dəlik öz növbəsində öz ətraf mühitinə güclü təsir göstərir. Ulduzlar isə yalnız ultrabənövşəyi diapazonda intensiv işığın olmadığı soyuq ulduzlararası qaz daxilində formalaşırlar. Alimlər güman edirlər ki, X3a adlı cavan ulduz əslində digər yerdə formalaşıb və tədricən qara dəliyin yerləşdiyi zonaya miqrasiya edib. Bununla yanaşı bu cavan ulduz qara dəlik istiqamətində miqrasiyası zamanı qarşısına çıxmış hər bir şeyi udub və nəticədə o, nəhəng ölçüyə sahibdir. Məlumata əsasən X3a-nın radiusu Günəşin radiusundan 10 dəfə, kütləsi isə Günəşin kütləsindən 15 dəfə böyükdür. Bundan əlavə olaraq X3a-nın parlaqlıq səviyyəsi Günəşin parpaqlıq səviyyəsindən 24 000 dəfə daha yüksəkdir. Alimlər sözügedən cavan ulduzun müşahidəsini davam etdirəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər