Perseverance aparatı Mars səthinin ilk rəngli fotolarını göndərib

Perseverance aparatı Mars səthinin ilk rəngli fotolarını göndərib

Süni zəka və Elm
22.02.2021 PAYLAŞIM

    Mars səthinə uğurlu eniş edəndən sonra NASA-nın Perseverance adlı aparatı ətraf mühitin fotolarını çəkməyə başlayıb. Yer kürəsinə göndərilmiş ilk ağ-qara fotodan sonra aparat bir neçə rəngli fotonu da göndərib. İlk fotoda Perseverance aparatının eniş prosesinin yekunlaşma anı əks edilib. Həmin foto eniş modulunun kamerası vasitəsilə göydə çəkilib. Fotodan da görmək olar ki, eniş zamanı Perseverance aparatı tros vasitəsilə eniş moduluna bərkidilib. Həmçinin fotoda planetin tozlu səthini də görmək mümkündür.


    İkinci foto eniş prosesinin yekunlaşmasından sonra aparatın 23 kamerasından biri vasitəsilə çəkilib. Səhra şəklində olan mənzərədən əlavə olaraq toz dumanını görmək olar. Üçüncü fotoda isə Maars süxurunu aydın şəkildə görmək mümkündür. Təəssüflər olsun ki, üçüncü fotonun böyük hissəsi aparatın təkəri əhatə edir. Qeyd etmək lazımdır ki, Perseverance aparatının əsas missiyası Mars planetinin səthində potensial həyat növünün izlərini aşkar etməkdir. Aparat həmçinin planetin iqlimini müşahidə edəcək və süxurların nümunələrini yığacaq. Həmin nümunələrin daha sonra Yer kürəsinə tədqiqatlar üçün çatdırılması planlaşdırılır. NASA mühəndislərinin hesablamalarına əsasən Perseverance aparatının xidmət müddəti 1 Mars ili (687 gün) təşkil etməlidir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Alimlər Qolfstrimin rekord səviyyədə zəiflədiyini elan ediblər

Atlantik okeanının Avropanı və Şimali Amerikanın şərq sahilini əhatə edən isti axın sistemi son 1000..


Süni zəka bir neçə dəqiqə ərzində kurs işi yazmağı öyrənib

Süni zəka bir çox bacarığa sahib olsa da insanların bir-biriləri ilə ünsiyyət qurduqları təbii dilin..


Alimlər minlərlə qara dəliyi əks etdirən xəritəni yaradıblar

Astronomlardan ibarət beynəlxalq komanda göy üzünün şimal hissəsinin detallı xəritəsini yaratmağı ba..


SARS-CoV-2-nin yeni versiyası 11 dəfə daha ölümcüldür

Keçən ilin sentyabr ayından SARS-CoV-2-nin yeni versiyasını müşahidə etmiş alimlər əldə edilmiş nəti..


NASA Perseverance aparatının Mars səthinə eniş prosesinin videosunu və digər mat..

Mars planetinə Perseverance aparatının uğurlu çatdırılmasından sonra aparatın göndərdiyi ilk fotolar..


Dinozavrların məhv olmalarına səbəb olmuş meteoru Yer kürəsinə göndərmiş kosmik ..

Müasir elm güman edir ki, dinozavrlar 66 milyon il bundan öncə meteorun Yer kürəsi ilə toqquşması nə..

×