main-post-cover

    OpenAI şirkəti süni zəka əsaslı ChatGPT çat-botunun pullu versiyasını test etməyə başlayıb

    Süni İntellekt
    24.01.2023
    Farid Pardashunas
        Süni zəka əsaslı ChatGPT çat-botunun bəzi isitfadəçiləri bildiriblər ki, OpenAI şirkəti onlara ChatGPT Professional adlı çat-bota aylıq abunəliyi təklif edib. Məlumatda qeyd edilib ki, təqdim edilmiş abunəliyin aylıq haqqı 42$ təşkil edir. Bununla belə şirkət tərtibatçıları bunu rəsmi şəkildə elan etməyiblər. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, OpenAI şirkəti öz məşhur çat-botunun pullu versiyasını təqdim etməyi planlaşdırır. Həmin vaxtda şirkət qeyd etmişdi ki, o, çat-botun daha geniş imkanlara sahib pullu versiyasını istifadəyə verməyi nəzərdən keçirdir və ilk növbədə bu, təcrübi bir proqram olacaq. Lakin şirkət çat-botun pullu versiyasının test edilməsi ilə bağlı hər hansı bir rəsmi xəbəri təqdim etməyib.
        İstifadəçilər tərəfindən təqdim edilmiş screenshot fotoya əsasən aylıq 42$ müqabilində şirkət çat-botun daha yüksək sürətlə çalışma özəliyini, ona göndərilən sorğuların pik vaxtında ondan istifadə etmə imkanını və yeni funksiyaları hamıdan öncə əldə etmə fürsətini təqdim edir. Süni zəka sahəsində fəaliyyət göstərən tərtibatçılardan birinin təqdim etmiş olduğu videodan da görmək olar ki, çat-botun pullu versiyası sözün əsl mənasında sürətlə çalışır. Bununla yanaşı videoda görmək olar ki, çat-botun pullu versiyası ChatGPT Pro adlanır. Bəzilərinin sözlərinə əsasən aylıq 42$ abunəlik haqqı çox bahadır. Lakin onu da nəzərə almaq lazımdır ki, şirkət bu imkanı hələ ki, test edir və nəticədə aylıq abunəliyin hansı qiymətə satılacağını söyləmək çətindir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər