James Webb ekzoplanetlərin birində həyat növünün izlərini aşkar edib

James Webb ekzoplanetlərin birində həyat növünün izlərini aşkar edib

Süni zəka və Elm
14.09.2023 PAYLAŞIM

    James Webb kosmik teleskopu K2-18 b adlı ekzoplanet barəsində yeni məlumatları əldə edib. Sözügedən ekzoplanet K2-18 adlı qırmızı cırtdan (kiçik və nisbətən soyuq ulduz növü) ətrafında dövr edir və Yer kürəsindən 111 işıq ili uzaqlığında Şir bürcündə yerləşir. Kosmik teleskop vasitəsilə əldə edilmiş yeni məlumatlara əsasən bu ekzoplanetin atmosferində hidrogen mövcuddur. Hidrogenin və digər faktorların mövcudluğu sözügedən ekzoplanetdə canlı orqanizmlərin ola biləcəklərinə işarə edir. Kembric Universitetinin alimləri K2-18 b haqqında daha çox məlumat əldə etmək üçün James Webb tərəfindən yığılmış məlumatları analiz ediblər.

    Qeyd etmək lazımdır ki, bu ekzoplanet Yer kürəsindən 8.6 dəfə böyükdür və o öz ulduzu ətrafında tam dövrü 33 günə reallaşdırır. Aparılmış müşahidələr çərçivəsində təyin edilib ki, K2-18 b-nin atmosferində çoxlu miqdarda CO2, metan dimetilsulfid mövcuddur. Karbon tərkibli molekullara sahib bu kimyəvi birləşmələr Yer kürəsində canlı orqanizmlərin fəaliyyətləri nəticəsində formalaşırlar. Bundan əlavə olaraq ekzoplanetin atmosferində yetəri miqdarda ammonyakın olmadığı təyin edilib. Bu isə planetin maye şəklində okeana sahib ola biləcəyinə işarə edir. Belə ki, bu halda atmosferdəki ammonyak sadəcə olaraq okeanda buxarlanır.


    Alimlər K2-18 b-də potensial həyat növünün ola biləcəyinə dair sübutları hələ 2019-cu ildə Hubble kosmik teleskopu vasitəsilə aşkar etmişdilər. Sözügedən ekzoplanetin atmosferində su buxarının olması öz növbəsində planetin səthində maye şəklində suyun mövcud olmasından xəbər verir. Bu isə həyat növünün formalaşması üçün vacib olan faktorlardan biridir. Digər tərəfdən isə onun ulduzu olan K2-18 ekzoplanetə öz şüalanması vasitəsilə təsir göstərir. Bu, potensial canlı orqanizmlər üçün heç də müsbət bir hal deyil. Alimlər sözügedən ekzoplaneti müşahidə etməyə davam edəcəklər.



DAHA ÇOX


Meta şirkəti sabah süni zəka əsaslı çat-botunu təqdim edəcək

Meta şirkəti artıq sabah Connect adlı tədbirinə start verəcək.


Erkən kainatda Süd Yoluna bənzər disk formalı qalaktikaların sayı daha çox imiş..

James Webb kosmik teleskopunun istifadəyə verilməsindən öncə hesab edilirdi ki, kainatın 6 milyard i..


Yupiterin peyki Avropada potensial bioloji həyat növünə işarə edən faktor aşkar ..

James Webb kosmik teleskopu təkcə kosmosun dərinliklərini araşdırmaq üçün nəzərdə tutulmayıb...


Joe Biden süni zəkadan istifadə qaydalarının yaradılması üçün dünya liderlərinə ..

BMT Baş Assambleyasında çıxışı zamanı ABŞ prezidenti Joe Biden süni zəka sahəsində əməkdaşlığın quru..


OpenAI şirkətinin süni zəka modelləri xüsusi qrup tərəfindən yoxlanılacaq..

OpenAI şirkəti Red Teaming Network adlı proqramı işə saldığını elan edib.


Çaylar sürətlə qızaraq tərkiblərindəki oksigeni itirirlər

Aparılmış yeni tədqiqata əsasən çaylarda temperatur daha sürətlə artır və nəticədə onlar okeanlardan..

×