main-post-cover

    Hubble kosmik teleskopu supernova partlayışının 3 mərhələsini müşahidə edə bilib (VİDEO)

    Süni İntellekt
    11.11.2022
    Farid Pardashunas
        Hubble kosmik teleskopu supernova partlayışını müşahidə edə bilib. Müşahidə prosesinin maraqlı tərəfi isə ondan ibarətdir ki, kosmik teleskop partlayışın 3 mərhələsini görə bilib. Yeni nəsil James Webb kosmik teleskopunun artıq istifadəyə verilməsinə baxmayaraq Hubble hələ də elmə öz faydasını verməkdə davam edir. NASA öz növbəsində sözügedən teleskopun yeni müşahidə nəticələrini təqdim edib. Məlumatda qeyd edilib ki, Hubble teleskopunun müşahidə etmiş olduğu supernova partlayışı 11 milyard il bundan öncə baş verib. Hubble teleskopu öz növbəsində qravitasiya linzası üsulundan istifadə edərək ulduz partlayışının 3 mərhələsini müşahidə edib. Hubble tərəfindən təqdim edilmiş fotolarda supernova rənginin sürətlə dəyişdiyi əks olununb. Bu, ulduzun temperaturunun aşağı düşməsi deməkdir. Aşağı düşmüş temperatur ilə parlaqlıq səviyyəsini analiz edəndən sonra alimlər bildiriblər ki, partlamış ulduzun ölçüsü Günəşin ölçüsündən 500 dəfə böyük olub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər