main-post-cover

    Google şirkətinin süni zəka əsaslı universal dil modelinin yeni versiyası 1000 dili başa düşə biləcək

    Süni İntellekt
    07.03.2023
    Farid Pardashunas
        Google hal hazırda müxtəlif növ süni zəka texnologiyaları üzərində çalışır. Lakin universal dil modeli (Universal Speech Model / USM) şirkətin portfoliosunda xüsusi yer tutur. Bu layihə Google şirkətinin dünyada ən çox yayılmış 1000 dili anlaya biləcək sistemi yaratmaq cəhdininin bir hissəsidir. Öz çat-botlarının üstünlüklərini sübut etməyə çalışma istiqamətində Google ilə Microsoft arsındakı aktiv rəqabətin olmasına baxmayaraq insana bənzər süni zəka alətləri texnologiyası machine learning və dil modellərinin tətbiqləri üçün nəzərdə tutulmuş yeganə sahə deyil. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Google may ayında baş tutacaq I/O 2023 tədbirində süni zəka əsaslı 20-dən çox funksiya və məhsul təqdim edəcək.
        Bununla belə şirkət 1000 dili dəstəkləmə potensialına sahib fərdi dil modeli üzərində də çalışır. Şirkət hətta özünün universal dil modeli barəsində bəzi məlumatları da təqdim edib. Google hesab edir ki, onun hazırladığı universal dil modeli şirkətin süni zəka sahəsindəki kritik ciddi addımıdır. Şirkət dünyada ən çox yayılmış 1000 dili dəstəkləyən dil modelinin hazırlanma planını hələ keçən ilin noyabr ayında anons etmişdi. Şirkət onu 2 milyard parametrə sahib “ultramüasir dil modelləri ailəsi” kimi təsvir edir. Məlumatda qeyd edilib ki, sözügedən dil modelinin təlimatlandırılmasında 12 milyon saatlıq nitq fayllarından və 300-dən çox dildə olan 28 milyard cümlədən istifadə edilib.
        USM artıq Google tərəfindən Youtube-dakı videolarda altyazıların tərtib edilməsində isitfadə edilir. USM həmçinin nitqin avtomatik təyini özəlliyini dəstəkləyir. Bunun sayəsində o, müxtəif dilləri təyin edə bilir. Google bildirib ki, USM indiki vəziyyətində artıq 100-dən çox dili dəstəkləyir. O öz növbəsində daha böyük və genişmiqyaslı sistemin hazırlanmasında istifadə ediləcək. Məlumdur ki, buna bənzər texnologiya üzərində həmçinin Meta şirkəti də çalışır. Qeyd etmək lazımdır ki, sözügedən texnologiyanın potensial tətbiq sahəsi kimi AR texnologiyalar ola bilər. Şirkət hələ keçən ilki I/O 2022 tədbirində bu ideyanın konseptini sərgiləmişdi. İdeyaya əsasən sistem real zaman ərzində digər şəxsin nitqini tərcümə edərək onu AR eyməyin ekranlarında əks etdirir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər