Reklam
Gələn həftə alimlər Süd Yolu qalaktikasında edilmiş inqilabi kəşfi elan edəcəklər

Gələn həftə alimlər Süd Yolu qalaktikasında edilmiş inqilabi kəşfi elan edəcəklər

Süni zəka və Elm
02.05.2022 PAYLAŞIM

    Gələn həftə Avropa Cənub Rəsədxanası (ESO) xüsusi press-konfrans keçirdəcək və həmin press-konfrans çərçivəsində bizim qalaktikada edilmiş yeni kəşfdən danışılacaq. ESO astronomları Event Horizon Telescope (EHT) adlı layihə çərçivəsində aparılmış araşdırmaların nəticələrini ictimaiyyətə təqdim edəcəklər. Qeyd etmək lazımdır ki, məhz bu layihə çərçivəsində astronomlar 2019-cu ildə qara dəliyin ilk fotosunu əldə etmişdilər. Söhbət, M87 adlı qalaktikanın mərkəzində yerləşən yüksək kütləli qara dəliyin fotosundan gedir. Buna görə də heç istisna deyil ki, bu dəfə alimlər Süd Yolu qalaktikasının mərkəzində yerləşən qara dəliyin fotosunu əldə ediblər.

    ESO tərəfindən planlaşdırılan press-konfrans 12 may tarixində baş tutacaq. Konfrans həmçinin Youtube üzərindən canlı yayım şəklində də təqdim ediləcək. Keçiriləcək konfransın əsas mövzusu hələ ki, sirr olaraq saxlanılır. Lakin məlumdur ki, alimlər EHT layihəsi çərçivəsində artıq uzun zamandır ki, Süd Yolu qalaktikasının mərkəzini incələyirlər. Qalaktikamızın mərkəzində isə Oxatan A* adlı yüksək kütləli qara dəlik yerləşir. Bəlkə alimlər 2019-cu ildə qara dəliyin təqdim edilmiş ilk fotosu uğurunu təkrar ediblər? Bu həqiqətən də astronomiya sahəsinin ən vacib nailiyyətlərindən biri olacaq.


2019-cu ildə qara dəliyin təqdim edilmiş ilk fotosu:

    Qara dəliklərin fotolarını əldə etmək olduqca çətindir. Belə ki, onlar bütün elektromaqnit şüalanmanı udduqları üçün demək olar gözəgörünməzdirlər. Görünə biləcək yeganə şey isə qara əliyin hadisə üfüqi adlı bölgəsidir. Bizim qalaktikamızın mərkəzində yerləşən Oxatan A* adlı qara dəliyə gəldikdə isə onu bizdən toz və qaz buludları örtürlər. Buna görə də onu müşahidə etmək ikiqat çətinləşir. Əgər alimlər həqiqətən də Oxatan A*-nın fotosunu əldə ediblərsə, həmin fotoda çox güman ki, işıq saçan ponçikə bənzər obyekt əks olunacaq. ESO-nun verdiyi məlumata əsasən söhbət, inqilabi kəşfdən gedir. 2019-cu ildə alimlər qara dəliyin ilk fotosunu təqdim etməmişdən öncə də qeyd etmişdilər ki, edilmiş kəşf inqilabidir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qara dəliklər partlaya bilirlərmi?

Qara dəliklər çox böyük kütləyə sahib kosmik obyektlərdir və onlar öz ətraflarında olan akresiya dis..


NASA-nın kosmik aparatı uğurlu şəkildə asteroidlə toqquşub (VİDEO)

Tarixdə ilk dəfə insan əli ilə hazırlanmış kosmik aparat asteroid ilə toqquşub.


NASA-nın kosmik aparatı gecə saatlarında asteroidlə toqquşacaq (VİDEO)

NASA-nın Double Asteroid Redirection Test (DART) adlı missiyası artıq final mərhələyə yaxınlaşır...


NVIDIA-nın süni zəka alqoritmi virtual dünyalar üçün sürətli şəkildə obyektlər v..

NVIDIA şirkəti GET3D adlı süni zəka modeli barəsində danışıb. Sözügedən süni zəka modeli virtual 3D ..


Alimlər Süd Yolu qalaktikasının ilkin nüvəsinin harda yerləşdiyini öyrəniblər..

Gaia adlı kosmik teleskop tərəfindən əldə edilmiş məlumatlar əsasında alimlər Süd Yolu qalaktikasını..


Saturnun peyki Enseladda həyat üçün münbit şərait mövcud ola bilər

Yeni kompüter modelləşdirməsi onu göstərib ki, Saturn planetinin peyklərindən biri olan Enseladda hə..

×