Çaylar sürətlə qızaraq tərkiblərindəki oksigeni itirirlər

Çaylar sürətlə qızaraq tərkiblərindəki oksigeni itirirlər

Süni zəka və Elm
18.09.2023 PAYLAŞIM

    Aparılmış yeni tədqiqata əsasən çaylarda temperatur daha sürətlə artır və nəticədə onlar okeanlardan fərqli olaraq oksigeni daha tez itirirlər. Verilmiş proqnozlara əsasən növbəti 70 il ərzində çay sistemləri aşağı səviyyəli oksigen problemi ilə qarşılaşa bilərlər. Bu isə öz növbəsində bəzi balıq növlərinin ilə bitkilərin məhv olmalarına səbəb olacaq. Yeni tədqiqat Pensilvaniya Universitetinin mütəxəssisləri tərəfindən aparılıb və Nature Climate Change jurnalında dərc edilib. Yeni tədqiqat onu göstərib ki, 800-ə yaxın çayın 87%-də temperatur yüksəkliyi, 70%-də isə aşağı oksigen miqdarı müşahidə edilib. Analizin aparılması üçün mütəxəssislər böyük həcmli məlumatlar əsasında kompüter modelləşdirməsini təlimatlandırıblar.

    Təlimatlandırma prosesində istifadə edilmiş məlumatlar arasında illik yağış miqdarından tutmuş torpaq növü və Günəş enerjisi miqdarına kimi məlumatlar olub. Bütün bu məlumatlar ABŞ-ın 500, Mərkəzi Avropanın isə 216 çayını əhatə ediblər. Nəticədə kompüter modelləşdirməsi onu göstərib ki, son 40 il ərzində çayların 87%-də temperatur yüksəlişi baş verib. Onların 70%-də isə oksigen miqdarı olduqca aşağı düşüb. Məlumatda qeyd edilib ki, şəhər çayları digər çaylar ilə müqayisədə daha tez qızırlar. Lakin kənd təsərrüfatı çaylarında isə bu proses daha ləng gedib. Kənd təsərrüfatı çaylarında temperatur artımı prosesi ləng getsə də, onların tərkiblərindəki oksigen miqdarının aşağı düşməsi müşahidə edilib.


    Mütəxəssislər kompüter modelləşdirməsini üstəlik bu problemin gələcək inkişaf tempinin proqnozlaşdırılmasında da istifadə ediblər. Nəticədə məlum olub ki, analiz edilmiş bütün çaylarda oksigen miqdarının aşağı düşməsi sürəti əvvəlki vaxtlara nisbətən 1.6-2.5 dəfə daha yüksək olub. Çaylarda oksigen miqdarının aşağı düşməsi öz növbəsində parnik qazı tullantılarının miqdarını çoxaldır və toksik metalların azad olmalarına səbəb olur. Kompüter modelləşdirməsinə əsasən növbəti 70 il ərzində bəzi balıq növlərinin kökü kəsilə bilər. Belə ki, balıqlar nəfəs almaq üçün oksigen çatışmazlığından əziyyət çəkəcəklər. "Bu çox ciddi problemdir. Biz bilirdik ki, qlobal istiləşmə okeanlarda oksigen miqdarının aşağı düşməsinə səbəb olur. Lakin bunun həmçinin çaylarda baş verdiyini düşünmürdük" - deyə Pensilvaniya Universitetinin mütəxəssislərindən biri qeyd edib.



DAHA ÇOX


Meta şirkəti sabah süni zəka əsaslı çat-botunu təqdim edəcək

Meta şirkəti artıq sabah Connect adlı tədbirinə start verəcək.


Erkən kainatda Süd Yoluna bənzər disk formalı qalaktikaların sayı daha çox imiş..

James Webb kosmik teleskopunun istifadəyə verilməsindən öncə hesab edilirdi ki, kainatın 6 milyard i..


Yupiterin peyki Avropada potensial bioloji həyat növünə işarə edən faktor aşkar ..

James Webb kosmik teleskopu təkcə kosmosun dərinliklərini araşdırmaq üçün nəzərdə tutulmayıb...


Joe Biden süni zəkadan istifadə qaydalarının yaradılması üçün dünya liderlərinə ..

BMT Baş Assambleyasında çıxışı zamanı ABŞ prezidenti Joe Biden süni zəka sahəsində əməkdaşlığın quru..


OpenAI şirkətinin süni zəka modelləri xüsusi qrup tərəfindən yoxlanılacaq..

OpenAI şirkəti Red Teaming Network adlı proqramı işə saldığını elan edib.


Google yaxın zamanda GPT-4-ün əsas rəqibini istifadəyə verməlidir

Google yaxın zamanda süni zəka sahəsindəki yeni məhsulunu təqdim edəcək.

×