Alimlər kompakt termonüvə reaktorunun inşasından danışıblar

Alimlər kompakt termonüvə reaktorunun inşasından danışıblar

Süni zəka və Elm
11.01.2021 PAYLAŞIM

    Termonüvə reaktorunun yaradılması ideyası 1 əsr bundan öncə ortaya çıxıb. Massaçusets Texnologiya İnstitutunun (MTİ) alimlərinin son bəyanatlarına əsasən artıq yaxın gələcəkdə onlar SPARC adlı kompakt reaktorun təhlükəsiz və ekoloji təmiz çalışan versiyasını təqdim edəcəklər. Bu barədə 4pda saytı xəbər verib. MTİ-dan olan tədqiqatçılar qrupu ilə bir sıra təşkilatlar bildiriblər ki, SPARC adlı termonüvə reaktoru artıq yaxın zamanda hazır olacaq.


    Bu cür bəyanat belə irimiqyaslı layihənin reallaşdırılmasına mane ola biləcək nəzəri ziddiyyətləri aşkar etməmiş 47 alimin tədqiqatına əsaslanır. Termonüvə sintezi energetika sahəsinin inqilabi həlli hesab edilir. Alimlərin fikirlərinə əsasən termonüvə sintezi texnologiyaların yeni inkişaf mərhələsinə keçidi təmin etməklə yanaşı həmçinin ekoloji təmiz və təhlükəsiz sonsuz enerji mənbəyinin yaradılmasına imkan verəcək. SPARC öz növbəsində yüksək temperaturlu plazmalı reaktorlar əsasında yaradılacaq ən böyük layihələrdən biri olmalıdır.

    Bu layihədə hidrogen izotopları digər enerji sərfiyyatı olmadan heliumun yaranması ilə əriyirlər. Tədqiqatçıların sözlərinə əsasən onlar bu layihə ilə daha böyük ölçülü reaktorların əldə etdikləri effektivliyə nail olmağı planlaşdırırlar. SPARC reaktor daxilində baş verən çox isti reaksiyaları yüksək təzyiqdə saxlamaq üçün maqnitlərdən istifadə edir. Bu reaktorun inşasısının 3-4 ildən sonra yekunlaşması, 2035-ci ildə isə istifadəyə verilməsi planlaşdırılır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Təqribi olaraq 20 ildən sonra planetdəki meşələrin yarısı CO2 ifraz etməyə başla..

Yer kürəsinin yaşıllıq sahəsi insan tərəfindən atmosferə ifraz edilən qazıntı yanacaq emissiyalarını..


Vaksinlərdən birini yaratmış Moderna şirkətinin direktoru: 'Koronavirus bizimlə ..

İnfeksion xəstəliklər üzrə mütəxəssislər və səhiyyə təşkilatlarının məmurları xəbərdarlıq edirlər ki..


Süni zəka üzrə mütəxəssislər: 'Biz dəqiq şəkildə yüksək zəkalı sistemi idarə edə..

Avtomobilləri idarə edən, müxtəlif növ musiqilər bəstələyən, stolüstü və kompüter strategiya oyunlar..


Kainatın görünən hissəsində əvvəllər düşünüldüyü kimi trilyonlarla qalaktika möv..

Astronomların yeni tədqiqatlarına əsasən kainatın müşahidə olunan hissəsində əvvəllər düşünüldüyündə..


Elon Musk Mars planlarının reallaşdırılmasını sürətləndirmək üçün bütün əmlaklar..

Elon Musk dünyanın ən varlı şəxsinə çevrilməsi səbəbilə heç narahatlıq keçirtmir. Belə ki, onun əsas..


Yeni neyron şəbəkəsi istifadəçinin mətn sorğusu əsasında müxtəlif təsvirlər yara..

OpenAI qeyri kommersiya təşkilatının tərtibatçıları DALL-E adlı neyron şəbəkəsi əsasında hazırlanmış..

×