Twitter ciddi endirimlər və əlavə xidmətlər vasitəsilə reklam verənləri geri qaytarmağa çalışır

Twitter ciddi endirimlər və əlavə xidmətlər vasitəsilə reklam verənləri geri qaytarmağa çalışır

Startup və Biznes
02.12.2022 PAYLAŞIM

    Twitter reklam verənlərə əhəmiyyətli stimullar təklif edərək onların sosial şəbəkə daxilində reklam xərclərini artıracaqlarına ümid edir. Bu üsul ilə sosial şəbəkənin rəhbərliyi Twitter-də reklam kampaniyalarını dayandırmış reklam verənləri geri qaytarmaq istəyir. Verilmiş məlumata əsasən sosial şəbəkənin administrasiyası bu məsələ ilə bağlı reklam agentliklərinə məktub göndərib. Həmin məktubda Twitter öz platformasında reklam kampaniyalarını keçirtmək istəyən təmsilçilərə ciddi endirimlər təklif edir.

    Məsələn sosial şəbəkə daxilində reklam kampaniyalarına 500 000$ vəsait xərcləyəcək şirkətlərə eyni vəsait dəyərində əlavə xidmətlər təklif edir. Lakin təklif edilən əlavə xidmətlərin dəyəri ümumilikdə 1 milyon dolları keçməməlidir. Daha az xərclər çərçivəsində təkif edilən əlavə xidmətlərin həcmi də az olacaq. Bu təklif il sonuna kimi sifariş ediləcək reklam kampaniyaları üçün keçərlidir. Qeyd etmək lazımdır ki, son zamanlarda reklam verənlər Twitter daxilində reklam kampaniyalarını dayandırıblar. Reklam xidmətlərindən əldə edilən gəlir isə sosial şəbəkənin ümumi gəlirinin 90%-ni təşkil edir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


ABŞ hökuməti Huawei ilə əməkdaşlıq üçün yerli şirkətlərə verilən eksport lisenzi..

ABŞ hökuməti 2019-cu ildə Huawei şirkətinə qarşı sanksiyalar tətbiq edən zaman onunla əməkdaşlıq etm..


Apple Google servislərini iOS-dən sıxışdırıb çıxartmaq niyyətindədir

Apple şirkəti öz mobil əməliyyat sistemini Google tərəfindən təqdim edilən funksiyalardan azad etmək..


Microsoft ChatGPT-nın yaradıcısı OpenAI şirkətinə milyardlarla dollar investisiy..

Microsoft rəsmi şəkildə elan edib ki, o, OpenAI şirkəti ilə uzunmüddətli əməkdaşlığını genişləndirir..


İrlandiya Meta şirkətini 400 milyon dollar dəyərində cərimələyib

İrlandiyanın məlumatların qorunması komissiyası Meta şirkətini 400 milyon dollar dəyərində cərimələy..


SpaceX şirkətinin bazar dəyəri 137 milyard dollara yüksəlib

Elon Musk-a məxsus olan SpaceX şirkəti özəl şirkət olaraq qalır. Buna görə də o öz maliyyə göstərici..


Elon Musk tarixdə 200 milyard dollar vəsait itirmiş ilk şəxs oldu

Elon Musk təəccübləndirməyə davam edir. 1 ildən bir qədər çox müddət bundan öncə Musk dünyanın ikinc..

×