main-post-cover

    Rəsmi qərara əsasən Elon Musk ilə Twitter arasındakı məhkəmə işinə sürətli şəkildə baxılacaq

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    21.07.2022
    Farid Pardashunas
        Elon Musk ilə Twitter arasında planlaşdırılan müqavilənin ləğv edilməsi səbəbilə öncədən təyin edilmiş ilk məhkəmə iclası qiyabi formatda çərşənbə axşamı baş tutub. Məhkəmə iclasının qiyabi formatda keçirilməsinin əsas səbəbi isə məhkəmə hakimi olan Kathaleen McCormick-də koronavirusun aşkarlanmasındadır. Beləliklə keçirilmiş ilk məhkəmə iclası çərçivəsində qəbul edilmiş qərara əsasən Musk ilə Twitter arasındakı məsələyə baxılma prosesi sürətli şəkildə reallaşdırılacaq. Sözügedən məsələnin oktyabr ayında 5 gün ərzində həll olunması nəzərdə tutulub. Məhkəmə hakiminin fikrincə prosesin uzadılması Twitter-ə zərər yetirə bilər. Qeyd etmək lazımdır ki, Musk-ın hüquq təmsilçiləri onlara Twitter-də fake istifadəçi hesablarının ümumi saylarının 5%-dən daha çox olduğunu sübuta yetirmək üçün nəzərdə tutulmuş dəlillərin yığılması yolunda onlara daha çox zamanın təqdim edilməsini məhkəmə hakimindən xahiş etmişdilər.

    Qeyd etmək lazımdır ki, Twitter-in təqdim etmiş olduğu rəsmi məlumata əsasən sosial şəbəkənin ümumi istifadəçi kütləsinin yalnız 5%-i fake istifadəçi hesablarından ibarətir.

        Musk tərəfi bu məsələnin baxılmasına gələn ilin fevral ayında start verilməsini tələb edirdi. Lakin məhkəmə hakimi tam əks qərarı verdi. Belə ki, Twitter-in bəyanatına əsasən yekun məhkəmə qərarının gözlənilməsi çərçivəsində sosial şəbəkənin qeyri-müəyyən gələcəyi şirkətə ciddi maddi zərər vura bilər. Hakim isə bu fikri nəzərə alaraq məsələnin tez zamanda həll edilməsi qərarını verib. Baş tutmuş ilk məhkəmə iclası çərçivəsində Twitter-in maraqlarını qoruyan vəkillər bildiriblər ki, sosial şəbəkənin ümumi istifadəçi kütləsinin müəyyən hissəsini təşkil edən fake istifadəçi hesabları aprel ayında şirkət ilə Musk arasında razılaşdırılmış müqavilənin ləğv edilməsi üçün təyinedici faktor rolunu daşımır. Belə ki, tərəflər arasındakı razılaşmanın mətnində aydın şəkildə qeyd edilib ki, sosial şəbəkə bu məsələdə yalnız öz qiymətləndirməsini təqdim edir və real göstəricilər daha yüksək ola bilərlər. Musk ilk əvvəl məhz bu cür şərtlər altında razılaşmanı imzalayıb.

    Twitter təmsilçilərinin fikirlərinə əsasən sosial şəbəkə daxilində fake istifadəçi hesablarının ümumi say məsələsi Musk tərəfindən şişirdilib.

        Aydın məsələdir ki, Musk-ın maraqlarını qoruyan şəxslər tamamilə əks fikirlərə sahibdirlər. Onların sözlərinə əsasən sosial şəbəkənin özü fake istifadəçi hesablarının saylarına ciddi diqqət ayırır və bu məsələ ilə bağlı olan göstəricilər rüb hesabatlarını əhatə edən tədbirlərdə qeyd edilir və daimi şəkildə müzakirə olunur. Musk-ın vəkillərinin fikirlərinə əsasən hal hazırda Twitter məhkəmə vasitəsilə Musk-ı sosial şəbəkəni almağa məcbur etməyə çalışır və beləliklə öz platforması daxilində fake istifadəçi hesabları ilə bağlı olan bütün doğru məlumatları yox etməyi hədəfləyib. Bununla yanaşı Musk-ın vəkilləri qeyd ediblər ki, Musk Twitter-in ikinci ən böyük səhmdarıdır və o, məhkəmə prosesini uzadaraq şirkətə zərər yetirmək kimi bir fikirə sahib deyil. Qeyd etmək lazımdır ki, ilkin məhkəmə fərmanına əsasən Twitter öz platforması daxilində fake istifadəçilərin sayları barəsində daha öncə təqdim etmiş olduğu məlumatı təkrar olaraq təsdiqləmək məcburiyyətində deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər