Rəsmi: Nvidia şirkəti ARM Holdings-i 40 milyard dollara alır

Rəsmi: Nvidia şirkəti ARM Holdings-i 40 milyard dollara alır

Startup və Biznes
14.09.2020 PAYLAŞIM

    Hələ yay fəslində Nvidia şirkəti bildirmişdi ki, o, Britaniyanın ARM Holdings şirkətini almağı planlaşdırır. İndi isə bu məlumat rəsmi olaraq təsdiqlənib. Bununla yanaşı iki şirkət arasında bağlanacaq müqavilənin təfərrüatları da ortaya çıxıb. ARM Holdings-in alınması öz növbəsində Nvidia şirkətinə mobil prosessor bazarında güclü mövqelərə sahib olmağa imkan verəcək. Bu barədə The Verge saytı xəbər verib. 2016-cı ildən başlayaraq ARM Holdings şirkəti Yaponiyanın Softbank holdinqinə məxsusdur.

    Həmin vaxtda ARM Holdings-in bazar dəyəri 31 milyard dollar təşkil edirdi. Cortex nüvələrinin yaradıcısı olan ARM Holdings-i almaqla Nvidia şirkəti əvvəlki məqsədini reallaşdıra biləcək. Söhbət, mobil prosessorların irimiqyaslı istehsalından gedir. Baxmayaraq ki, Nvidia şirkəti özünün Tegra adı mobil prosessorlarına artıq sahibdir, şirkət bazarda CPU-nun dizaynı üzrə lider mövqelərə sahib deyil.


    “ARM Holdings-in əldə olunmasından sonra əsas məqsəd Nvidia texnologiyalarını ARM-in geniş şəbəkəsi vastəsilə inkişaf etdirməkdir. Lakin bu o demək deyil ki, ARM mövcud olan lisenziyalaşdırma modelində dəyişiklik edəcək. Nvidia külli miqdarda vəsait sərf edir və müştərilərin çıxıb getmələrinə şərait yarada biləcək heç bir şey etməz” - deyə Nvidia-nın general direktoru bildirib.

    Nvidia qeyd edib ki, ARM Holdings şirkətin ayrıca şöbəsi qismində çıxış edəcək və onun baş ofisi Britaniyada yerləşəcək. Bununla yanaşı ARM Holdings mövcud olan lisenziyalaşdırma modelini reallaşdırmağa davam edəcək. Analitiklərin fikirlərinə əsasən iki şirkət arasında müqavilə yaxın həftələrdə bağlanacaq. Belə ki, hal hazırda nizamlayıcı orqanlar bu müqavilənin nəticələrini analiz edirlər və onların icazəsindən sonra iki şirkət arasında müqavilə bağlana bilər. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple ilə sıx əməkdaşlıq: Google şirkətinə qarşı olan məhkəmə ittihamının yeni t..

20 oktyabr tarixində ABŞ-ın Ədliyyə Nazirliyi Google şirkətinə qarşı məhkəmə iddiası qaldırdı. Nazir..


Hegemonluğa son?: ABŞ-ın Ədliyyə Nazirliyi Google şirkətinə qarşı antimonopoliya..

Məhkəmə iddiasında qeyd olunub ki, şirkət axtarış sistemləri ilə rəqəmsal reklam sahələrində hegemon..


Təmiz enerjiyə keçid prosesi: 2030-cu ildən sonra neftə olan tələbat aşağı düşmə..

Beynəlxalq energetika agentliyinin analitiklərinin fikirlərinə əsasən koronavirus pandemiyası yaxın ..


Huawei şirkəti Honor brendinin bir hissəsini satmağı planlaşdırır

Bu ayın əvvəlində məşhur analitik Ming-Chi Kuo bildirmişdi ki, Huawei şirkəti özünün Honor brendini ..


ABŞ hökuməti Google-dan Chrome brauzeri ilə reklam biznesinin bir hissəsini satm..

ABŞ-ın ədliyyə nazirliyi və ştatların general prokurorları Google şirkətindən Chrome brauzerinin və ..


Huawei şirkəti Çinin ən bahalı şirkəti adına layiq görülüb

Çinin Hurun adlı nüfuzlu nəşriyyatı (ABŞ-dakı Forbes-un analoqu) Çindəki ən güclü elektronika istehs..

×