Microsoft şirkəti TikTok-un bütün qlobal biznesini almaq istəyir: Məsələ ilə bağlı yeni təfərrüatlar

Microsoft şirkəti TikTok-un bütün qlobal biznesini almaq istəyir: Məsələ ilə bağlı yeni təfərrüatlar

Startup və Biznes
07.08.2020 PAYLAŞIM

    Microsoft şirkəti TikTok-in Hindistan və Avropa biznesləri də daxil olmaqla bütün qlobal biznesini almaq istəyir. Bu barədə Financial Times saytı xəbər verib. 3 avqust tarixində Microsoft təsdiqləmişdi ki, o, TikTok-un ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiya bizneslərinin alınması məsələsində ByteDance şirkəti ilə danışıqlar aparır. Lakin məlumata əsasən Microsoft öz fikrini dəyişərək TikTok-un bütün qlobal biznesini almaq istəyir. Qeyd etmək lazımdır ki, Çin bazarı TikTok-un qlobal biznesinə daxil deyil. Belə ki, Çində TikTok-a bənzər Douyin adlı servis fəaliyyət göstərir və o da ByteDance şirkətinə məxsusdur.

    Microsoft-un öz qərarını bir neçə gün ərzində dəyişməsi bu danışıqların ilkin mərhələdə olduqlarından xəbər verir. Danışıqlar isə 15 sentyabr tarixinə kimi yekunlaşdırılmalıdır. Bəzi mənbələrin verdikləri məlumatlara əsasən Microsoft şirkətinin, TikTok-un bütün qlobal biznesini almaq istəməsinin əsas səbəbi əməliyyat funksiyalarının ayrılmasının qəlizliyidir. Lakin servisin bütün qlobal biznesinin alınması da bu problemi həll etməyəcək. ByteDance servisin məlumatları ilə alqoritmlərinin Çin və digər ölkələr üzrə ayrılmasına hələ Microsoft ilə danışıqlardan öncə başlamışdı.


    Microsoft, TikTok-un ByteDance şirkətindən ayrılması üçün 1 il əlavə vaxt sərf etməyi düşünür. Bu, ilk öncə ona görə edilir ki, ABŞ hökuməti amerikalı istifadəçilərin konfidensial məlumatları barəsində rahat olsun. Mənbələrdən birinin fikrincə proqram təminatının ayrılması üçün 5 ildən 8 ilə kimi vaxt lazım ola bilər. Qeyd etmək lazımdır ki, ByteDance şirkəti servisin ABŞ-da bloklanmaması üçün onu Microsoft-a satmağa məcburdur. Donald Trump artıq servisin ABŞ regionunda bloklanması göstərişini imzalayıb. Beləliklə TikTok 45 gündən sonra ABŞ-da bloklanacaq. Bu isə o deməkdir ki, Microsoft TikTok-un qlobal biznesini 15 sentyabr tarixinə kimi almalıdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


SpaceX ABŞ-ın ən bahalı özəl şirkəti statusunu əldə edib

SpaceX səhmlərinin təkrar bazarda satılması nəticəsində şirkətin bazar dəyəri 125 milyard dollara yü..


Dünyada üçüncü yer: Xiaomi smartfonlarının aktiv istifadəçi kütləsi 500 milyon i..

Counterpoint Research şirkətinin verdiyi məlumata əsasən bu ilin birinci rübündə Xiaomi şirkəti öz t..


Twitter-in alınmasından imtina halında Elon Musk-ın 1 milyard dollar cərimə ödəm..

Bir neçə gün bundan öncə Elon Musk Twitter-in satın alınması prosesinin dayandırıldığını elan etmişd..


Elon Musk Twitter-in satın alınma prosesini dayandırıb: Səbəb nədir?

Keçən ayın ortasından başlayaraq Elon Musk-ın Twitter-i almaq planı barəsində məlumatlar ortaya çıxm..


Azərbaycanda yeni Mələk İnvestorlar Klubu yaradıldı

'Technovate Investments' vençur və ya 'startup studio' modeli ilə işləyir. Bu startaplar ilə işləyə..


Elon Musk-ın Twitter-i 44 milyard dollara alması rəsmi şəkildə elan edilib

Elon Musk-ın Twitter-i 44 milyard dollara alacağı təsdiqlənib. Twitter bu məlumatı rəsmi şəkildə təs..

×