Microsoft şirkəti TikTok-un ABŞ biznesinin alınması üzrə danışıqlar aparır

Microsoft şirkəti TikTok-un ABŞ biznesinin alınması üzrə danışıqlar aparır

Startup və Biznes
01.08.2020 PAYLAŞIM

    Microsoft şirkəti TikTok servisinin ABŞ üzrə biznesinin alınması barədə danışıqlar aparır. Bu barədə Bloomberg saytı xəbər verib. Qeyd etmək lazımdır ki, ABŞ hökumətinin təzyiqləri səbəbilə Çinin ByteDance şirkəti məşhur servisin ABŞ üzrə biznesini sata bilər. Microsoft şirkəti bu mövzu barədə şərh bildirməkdən imtina edib. TikTok təmsilçiləri isə Business Insider saytına bildiriblər ki, onlar yayılan şaiyələrə şərh bildirmirlər və servisin gələcəyinə inanırlar.

    Dünən ABŞ prezidenti Donald Trump jurnalistlərə bildirdi ki, ABŞ hökuməti TikTok servisi barəsində müxtəlif variantları nəzərdən keçirdir. Bura həmçinin servisin ölkədə bloklanması müzakirəsi də daxildir. TikTok servisinin sahibi olan ByteDance şirkəti ABŞ hökumətinin təzyiqi nəticəsində həmçinin servis üzərində idarənin satılmasını da müzakirə edir. Reuters saytının verdiyi məlumata əsasən bu cür danışıqlar çərçivəsində investorlar TikTok servisinin bazar dəyərini 50 milyard dollar qiymətləndiriblər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple şirkətinin baş marketoloqu Phil Schiller 23 illik fəaliyyətdən sonra vəzif..

Apple şirkətinin beynəlxalq marketinq üzrə baş vitse-prezidenti Phil Schiller 23 illik fəaliyyətdən ..


Samsung şirkəti də ARM Holdings-in alınmasında maraqlıdır: Şirkət nəticədə kimə ..

Nvidia-nın ARM Holdings-i almaq istəyi nəticəsində ən böyük mobil prosessor istehsalçılarından birin..


Uber şirkəti Londonda çay taksi servisini işə alıb

ABŞ-ın taksi və çatdırılmış şirkəti olan Uber, Thames Clippers adlı çay tramvayı servisi ilə birlikd..


Microsoft, TikTok-un ABŞ biznesinin alınması danışıqlarını təsdiqləyib: Yeni məl..

Microsoft şirkəti TikTok servisinin ABŞ biznesinin alınması barədə danışıqların aparıldığını təsdiql..


Microsoft danışıqları dayandırıb: TikTok-un ABŞ biznesinin alınması məsələsində ..

Microsoft və ByteDance şirkətləri TikTok servisinin ABŞ-dakı biznesinin satılması üzrə danışıqları d..


Mobil prosessor bazarında yeni oyunçu?: Nvidia şirkəti ARM Holdings-in alınması ..

Softbank şirkəti ARM Holdings-i 2016-cı ildə 31 milyard dollara almışdı. Həmin vaxtda bu, Avropada r..

×