main-post-cover

    Meta şirkəti Rusiyada rəsmi şəkildə ekstremist təşkilat kimi tanınıb

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    21.03.2022
    Farid Pardashunas
        Moskvanın Tver məhkəməsi Facebook, Instagram, Whatsapp və s. servislərə sahib olan Meta şirkətini ekstremist təşkilat kimi tanıyıb. Məhkəmə hakimi Meta Platforms-un Rusiyada fəaliyyətini qadağan etmək qərarını verib. Məhkəmədə təyin edilib ki, şirkətin fəaliyyətinin dayandırılması üzrə verilmiş qərar açıqlandığı andan qüvvəyə minib. Məhkəmə prosesi zamanı prokuror qeyd edib ki, verilmiş qərar Whatsapp messencerini əhatə etmir. Belə ki, Whatsapp sosial şəbəkə funksiyasını daşımır. Beləliklə Rusiyada Facebook ilə Instagram-ın daha sərt şəkildə məhdudlaşdırılması nəzərdə tutulub.
        Bununla belə Meta şirkətinin servislərindən istifadə edən fiziki şəxslər və təşkilatlar məsuliyyətə cəlb edilməyəcəklər. “Fiziki və hüquqi şəxslər tərəfindən Meta şirkətinin məhsullarından istifadə, onların ekstremist fəaliyyətdə iştirak etmələri kimi qəbul edilməməlidir. Həmin şəxslər Meta şirkətinin məhsullarından istifadə etdikləri üçün məsuliyyətə cəlb olunmayacaqlar” - deyə prokuror qeyd edib. Rusiyada olan istifadəçilərin və şirkətlərin Meta servislərində reklamların alınmasında iştirak edib-etməyəcəkləri sualı hələ də qalır.
        Hüquqşünasların fikirlərinə əsasən sözügedən şirkətin servislərində reklamların alınması bundan sonra ekstremist fəaliyyətin maliyyələşdirilməsi kimi qəbul edilə bilər. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə Rusiyada Facebook ilə Instagram bloklanmışdı. Meta şirkəti Rusiya ilə Ukrayna arasındakı müharibənin fonunda özü üçün problemlər qazandı. Belə ki, şirkət öz servislərində rusiyalı hərbçilərə qarşı zorakılığa çağırışları əhatə edən rəyləri paylaşmağa icazə vermişdi. Məhz bundan sonra Rusiya Federasiyasının Baş prokurorluğu məhkəməyə müraciət etmiş və Meta şirkətini ekstremist təşkilat kimi tanımağı tələb etmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər