MediaTek yenidən dünyanın 1 nömrəli mobil prosessor istehsalçısı statusunu əldə edib

MediaTek yenidən dünyanın 1 nömrəli mobil prosessor istehsalçısı statusunu əldə edib

Startup və Biznes
09.06.2021 PAYLAŞIM

    Counterpoint Research şirkətinin analitikləri bu ilin birinci rübü ərzində smartfonlar üçün tələbatın ən yüksək olduğu prosessor brendinin adını açıqlayıblar. Reytinqin lideri MediaTek şirkəti olub. Beləliklə MediaTek bazarın digər nəhəngləri olan Qualcomm, Samsung HiSilicon şirkətlərini geridə qoyaraq liderliyi əlində saxlayıb. Bu ilin birinci rübü üzrə hesabat nəticələrinə əsasən MediaTek şirkəti mobil prosessor bazarının 35%-nə sahibdir. Bununla belə reytinqin birinci pilləsini MediaTek artıq ardıcıl son 3 rüb ərzində özündə saxlaya bilir.

    Reytinqin ikinci yerini Qualcomm şirkəti tutur. Onun mobil prosessor bazarındakı payı 29% təşkil edir. Üçüncü yerdə isə 17%-lik göstərici ilə Apple qərarlaşıb. Apple-dan sonra siyahıdakı növbəti yerləri Samsung (9%), HiSilicon və Unisoc (hər biri 5%) tutublar. Counterpoint Research şirkəti MediaTek-ə istinadən qeyd edib ki, bu ilin aprel ayında şirkət 1.32 milyard dollar qazanıb. Bu isə keçən il eyni vaxt üzrə əldə olunmuş göstəricidən 70% yüksəkdir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple şirkəti kriptovalyuta üzrə mütəxəssis axtarışındadır

Apple şirkətinin maliyyə şöbəsi rəqəmsal aktivlər üzrə mütəxəssisin axtarışını elan edib...


İtaliya hökuməti Google şirkətini 102 milyon avro dəyərində cərimələyib..

İtaliyanın antimonopoliya orqanının fikrincə Google şirkəti bazardakı üstünlüklərindən sui-istifadə ..


Google şirkəti Starlink-dən istifadə üçün SpaceX ilə əməkdaşlıq bağlayıb..

Google şirkəti SpaceX ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Sözügedən əməkdaşlıq çərçivəsində Google S..


Elon Musk bir tweet-i ilə bitcoinin qiymətini çökdürdü

Tesla şirkəti öz elektromobillərinin alışı zamanı ödənişi bitcoin ilə qəbul etməkdən imtina edib...


ABŞ hökuməti Xiaomi-yə qarşı olan sanksiyaları ləğv edir

Donald Trump ABŞ prezidenti vəzifəsindən ayrılmamışdan öncə onun Ağ Evdəki administrasiyası Xiaomi-n..


Analitiklər: 'MediaTek mobil prosessorlar bazarında liderliyini qoruyacaq'

Counterpoint Research şirkətinin analitikləri mobil prosessorlar bazarını analiz edərək bu ilin pote..

×