MediaTek şirkəti Intel biznesinin vacib şöbəsini 85 milyon dollara alır: Səbəb nədir?

MediaTek şirkəti Intel biznesinin vacib şöbəsini 85 milyon dollara alır: Səbəb nədir?

Startup və Biznes
18.11.2020 PAYLAŞIM

    Mobil prosessorların istehsalı ilə məşğul olan MediaTek şirkəti Intel-in Enpirion Power Solutions adlı şöbəsini aldığını elan edib. Intel-in bu şöbəsi elektron cihazlar üçün enerjinin idarəsi sistemlərinin hazırlanması ilə məşğul olur. Gözləntilərə əsasən 85 milyon dollar dəyərində olan bu müqavilə ilin sonuna kimi bağlanacaq və MediaTek şirkətinin mobil bazarda mövqelərini gücləndirməyə imkan verəcək.

    Belə ki, şirkət bu müqavilə sayəsində öz məhsullarının növlərini genişləndirə biləcək. Bu barədə Gizmochina saytı xəbər verib. Analitiklərin fikirlərinə əsasən Intel-in Enpirion Power Solutions şöbəsini almaqla MediaTek şirkəti öz mobil platformalarını, inteqral sxemlərini və digər məhsullarını enerji baxımından yüksək effektivli sistemlər ilə təchiz edə biləcək. MediaTek şirkətinin öz bəyanatına əsasən bu müqavilə şirkət biznesinin rəqabət potensialını və effektivliyini gücləndirəcək. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Böyük Britaniya hökuməti böyük texnoloji şirkətlərin nizamlanması üçün əlavə döv..

Böyük Britaniya hökuməti Apple, Google, Amazon və Facebook kimi böyük texnoloji şirkətlərin nizamlan..


Snapdragon prosessorlarından imtina?: Huawei hal hazırda Qualcomm ilə əməkdaşlıq..

Bir neçə müddət bundan öncə Qualcomm şirkəti ABŞ sanksiyalarına məruz qalmış Huawei ilə əməkdaşlıq ü..


ABŞ hökuməti Facebook şirkətinə qarşı antimonopoliya ittihamı qaldırmağa hazırla..

Federal orqanlar və ABŞ ştatlarının hökumətləri Facebook şirkətinə qarşı antimonopoliya ittihamı qal..


Apple şirkəti kiçik biznes tərtibatçıları üçün App Store komissiyasını 30%-dən a..

Bir neçə müddət bundan öncə Telegram-ın yaradıcısı Pavel Durov, App Store platformasını sərt şəkildə..


Rəsmi: Huawei şirkəti özünün Honor brendini satıb

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Huawei şirkəti özünün Honor brendini ABŞ san..


Qualcomm şirkəti Huawei ilə əməkdaşlıq üçün icazə lisenziyasını əldə edib..

Bir neçə müddət bundan öncə təsdiq olunmamış məlumat ortaya çıxmışdı ki, Qualcomm şirkəti Huawei ilə..

×