main-post-cover

    Google əməkdaşları şirkətin CEO-su Sundar Pichai-ya bonus ödənişinin verilməsindən narazıdırlar

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    05.05.2023
    Farid Pardashunas
        Google şirkətinin CEO-su Sundar Pichai Alphabet holdinqinin səhmləri formasında stimullaşdırıcı ödənişi hər 3 ildən bir əldə edir. Bir neçə gün bundan öncə məlum oldu ki, Pichai 218 milyon dollar dəyərində stimullaşdırıcı ödəniş əldə edib. Lakin Google şirkətinin əməkdaşları bu cür yüksək bonus ödənişindən narazı qalıblar. Belə ki, onların fikirlərinə əsasən bonus ödənişi şirkətin heç də yaxşı olmayan dövrlərdən keçdiyi bir vaxtda edilib. Bundan əlavə olaraq 12 000 nəfər işçinin ixtisar edilməsi və xərclərin aşağı salınması bonus ödənişləri kimi qərarla tam uyuşmur.
        Nəticədə Google əməkdaşları arasında şirkətin reallaşdırdığı siyasət narazılığa səbəb olur. Dünyada olan iqtisadi vəziyyət çərçivəsində digər texnoloji şirkətlərin rəhbərlərinin bu cür ödənişlərdən imtina etdikləri bir vaxtda Sundar Pichai öz növbəsində təyin edilmiş bonus ödənişindən heç də imtina etmək niyyətində deyil. Şirkət yaxın zamanda bəzi xərclərini azaltmağa hədəflənib. Məsələn işçilərə yeni cihazlar əvvəlki kimi tez-tez verilməyəcək və işçilərin şirkət hesabına qidalanmaları mövzusunda xərclər azaldılacaq. Bu cür qərarların fonunda isə Sundar Pichai-nin 218 milyon dollar bonus ödənişi əldə etməsi şirkət əməkdaşları arasında narazılığın artmasına səbəb olur. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər