Foxconn-un iPhone istehsalı ilə məşğul ən böyük zavodunda işçilər etiraz aksiyası keçirdiblər

Foxconn-un iPhone istehsalı ilə məşğul ən böyük zavodunda işçilər etiraz aksiyası keçirdiblər

Startup və Biznes
23.11.2022 PAYLAŞIM

    Reuters saytının verdiyi məlumata əsasən Foxconn şirkətinin elektron məhsulların istehsalı ilə məşğul olan ən böyük zavodunda işçilər epidemiya əleyhinə olan məhdudiyyətlər və maaşların gecikməsi səbəbilə etiraz aksiyası keçiriblər. Qeyd etmək lazımdır ki, iPhone-ların istehsalı da məhz həmin zavodda baş tutur. Məlumatda qeyd edilib ki, işçilər verilən qida və dərman çatışmazlığından və eləcə də maaşların gecikməsindən şikayətlənirlər. “Foxconn bizə qarşı heç zaman layiqli şəkildə rəftar göstərməyib” - deyə zavod işçilərindən biri qeyd edib. Hələ bir neçə müddət bundan öncə Çinin kütləvi informasiya vasitələrində məlumat ortaya çıxmışdı ki, Foxconn-un 20 000 nəfər işçisi COVID-19 virusuna yoluxub. Digər bir məlumatda isə qeyd edilib ki, işçilərin yarısı istehsal prosesini tərk edib. Zavoddan ayrılmış işçilərin dəqiq sayı bilinmir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Videokartlar bazarı 2009-cu ildən indiyənə kimi ən böyük düşüşü yaşayıb..

Jon Peddie Research adlı təqiqat şirkəti bu ilin üçüncü rübü üzrə videokart bazarının vəziyyəti barə..


Böyük Britaniyada Meta şirkətinə qarşı məhkəmə iddiası qaldırılıb

Böyük Britaniyada Meta şirkətinə qarşı məhkəmə iddiası qaldırılıb. Səbəb isə şirkətin istifadəçi məl..


Tesla şirkəti Cənubi Koreyada elektromobil istehsalı ilə bağlı zavodun inşasını ..

Tesla şirkətinin Şanxayda olan zavodunun təkmilləşdirilməsindən sonra o, il ərzində demək olar 1 mil..


Cybertruck-ın satışlarına start verilmədiyi halda Tesla artıq onun vasitəsilə 15..

2019-cu ildə Tesla şirkəti özünün ilk elektrikli pikapı Tesla Cybertruck-ı təqdim etmişdi. Həmin vax..


Google öz işçiləri üçün reytinqlər sistemini tətbiq edəcək

İqtisadi durğunluğun olduğu bir vaxtda Google şirkəti öz işçiləri üçün reytinqlər sistemini istifadə..


FTX-dan sonra Genesis kriptovalyuta birjası da iflasa uğraya bilər

Kriptovalyuta bazarının daha bir böyük təmsilçisi iflasın astanasındadır.

×