main-post-cover

    Ford şirkəti elektrosamokat icarəsi ilə məşğul olan Spin adlı startapı aldı

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    08.11.2018
    Emil Nəcəfov
        Məşhur avtomobil istehsalçısı olan Ford şirkəti ABŞ-da fəaliyyət göstərən və elektrosamokatların icarəsi ilə məşğul olan Spin startapını aldı. Məlumata əsasən Ford sözügedən startapı 40 milyon dollara alıb. Qeyd etmək lazımdır ki, Spin 2017-ci ildə özünün A investisiya raundunda məhz bu qiymətdə dəyərləndirilirdi. Lakin bəzi mənbələrin verdikləri məlumatlara əsasən Spin-in dəyəri əslində bir qədər çoxdur. İnvestorlara olacaq bütün ödəmələri və layihə komandasına nailiyyətlərə görə mükafat qismində olacaq ödənişləri nəzərə alsaq, Spin startapı Ford şirkətinə 100 milyon dollara başa gələ bilər.
        Ford şirkətinin nəyə görə u startapı seçdiyi məlum deyil. Keçən ay şirkət özünün elektrosamokat icarəsi servisi Jelly-ni təqdim etmişdi. Şirkət Jelly servisini tədqiqat layihəsi kimi təqdim etmişdi. İlk öncə Spin velosipedlərin icarəsi ilə məşğul olurdu. Lakin bu ilin Fevral ayında servis həmçinin elektrosamokatların da icrəsini mümkün etdi. Bundan sonra o, veosipedlərin icarəsi fikrincən imtina edərək tamamilə elektrosamokat icarəsinə diqqətini ayırdı. Məlumata əsasən bu ilin İyun ayında Spin öz servisinin inkişaf etməsi üçün əlavə 30.000 ədəd elektrosamokat sifariş etmişdi.
    Linki kopyala