Elon Musk Jeff Bezos-u geridə qoyaraq dünyanın ən varlı şəxsinə çevrildi

Elon Musk Jeff Bezos-u geridə qoyaraq dünyanın ən varlı şəxsinə çevrildi

Startup və Biznes
08.01.2021 PAYLAŞIM

    Dünən Tesla şirkətinin səhmlərinin qiymətlərinin yüksəlməsi səbəbilə Elon Musk-ın sərvəti 185 milyard dolları keçib. Beləliklə Musk dünyanın ən varlı şəxsləri siyahısında uzun illər liderliyini qorumuş Jeff Bezos-u (sərvəti 184 milyard dollar) geridə qoyub. Bu barədə CNBC saytı xəbər verib. 2020-ci ilin əvvəlində Musk-ın sərvəti 27 milyard dollar dəyərində qiymətləndirilmişdi.

    Lakin son 12 ay ərzində onun sərvəti Bill Gates-in sahib olduğu sərvəti (132 milyard dollar) keçib. Tesla şirkətinin səhmlərinin qiymətləri 2020-ci ilin əvvəli ilə müqayisədə 8.5 dəfə artıb. Şirkətin bazar dəyəri isə 737 milyard dollar dəyərindədir. Bir neçə müddət bundan öncə Tesla keçən ilin illik plan hesabatını təqdim etmişdi. Beləliklə şirkət 2020-ci il ərzində yarım milyon elektromobil istehsal edib. Şirkət maliyyə nəticələrini daha sonra təqdim edəcəyini bildirib. Musk isə bütün bu olanlara öz Twitter hesabında belə reaksiya verib: “Çox qəribədir. İşə davam”.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


LG şirkəti bu il öz mobil biznesini sata və ya onun strukturunda dəyişikliklər e..

LG şirkəti öz mobil biznesi ilə bağlı problemin aradan qaldırılması üçün mümkün həlləri axtarır...


Telegram-ın App Store-da bloklanması tələbi səbəbilə Apple şirkəti məhkəməyə ver..

ABŞ-ın Coalition for a Safer Web adlı qeyri kommersiya təşkilatı Apple şirkətini məhkəməyə verib...


ABŞ hökuməti Huawei şirkətinə qarşı sanksiyaları sərtləşdirib

Keçən ilin sentyabr ayında ABŞ hökuməti Intel-ə Huawei ilə əməkdaşlıq icazəsini vermişdi. ..


ABŞ hökuməti Xiaomi şirkətini qara siyahıya salıb: Səbəb nədir?

Huawei-dən sonra ABŞ hökuməti öz qara siyahısına bir sıra digər Çin şirkətlərini də əlavə edib...


Intel rəhbərliyində ciddi dəyişiklik: Şirkətin general direktoru Bob Swan istefa..

Intel şirkəti general direktor Bob Swan-un istefasını elan edib. Şirkətin rəsmi məlumatına əsasən bu..


iPhone 12 modellərinin qutularından şarj cihazını çıxartmaqla Apple nə qədər vəs..

iPhone 12 modellərinin satışa çıxması ilə Apple şirkəti öz smartfonlarının qutularına qulaqlıq ilə ş..

×