main-post-cover

    Elon Musk-ın gəlişindən sonra Twitter əsas reklam verənləri və milyonlarla dollar gəliri itirib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    28.11.2022
    Farid Pardashunas
        Twitter-in Elon Musk-ın rəhbərliyi altına keçidi sosial şəbəkənin biznes vəziyyətinin bir xeyli pisləşməsinə səbəb oldu. Bu cür nəticəyə Media Matters of America adlı təşkilat gəlib. Bu təşkilatın aparmış olduğu tədqiqata əsasən Musk-ın Twitter-i oktyabr ayının sonunda almasından sonra sosial şəbəkə öz aparıcı reklam verənlərinin yarısını itirib. Məlumatda qeyd edilib ki, 2020-ci ildən Twitter-in sosial şəbəkədə reklamlara 2 milyard dollara yaxın vəsait xərcləmiş 100 ən böyük reklam verənindən 50-si reklam elanlarının yerləşdirilməsini dayandırıb. Sözügedən şirkətlər təkcə bu il ərzində Twitter-də reklamlara 750 milyon dollar vəsait xərcləyiblər.
        Media Matters of America-nın hesabatında qeyd edilib ki, 7 şirkət ümumiyyətlə Twitter-dəki reklam xərclərini demək olar sıfıra endirib. Halbu ki, onlar 2020-ci ildən sosial şəbəkəyə 255 milyon dollardan çox gəlir gətiriblər və təkcə bu il ərzində Twtter-dəki reklamlara 118 milyon dollar vəsait xərcləyiblər. Twitter-də reklam kampaniyalarını dayandırdıqlarını rəsmi şəkildə elan etmş şirkətlər bunlardır: Volkswagen, Chevrolet, Chipotle Mexican Grill, Ford Jeep. Öz reklam kampaniyalarını səssizcə dayandırmış şirkətlər arasında isə AMC Networks, AT&T, BlackRock, Chanel Kellogg var. The Washington Post-un verdiyi məlumata əsasən Twitter-in əsas reklam verənlərin 1/3 hissəsi son iki həftə ərzində sosial şəbəkə daxilində reklam elanları yerləşdirməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər