Elektromobil istehsalı ilə məşğul olan startapların məhsullarına tələbat aşağı düşüb

Elektromobil istehsalı ilə məşğul olan startapların məhsullarına tələbat aşağı düşüb

Startup və Biznes
03.03.2023 PAYLAŞIM

    Reuters saytının verdiyi məlumata əsasən bu il ABŞ-ın elektromobil istehsalı ilə məşğul olan startapları öz məhsullarına tələbatın aşağı düşməsi halı ilə qarşılaşıblar. Belə ki, potensial alıcılar ya başqa maraqlı variantların axtarışında olurlar, ya da elektromobil alışını gələcəyə saxlayırlar. Mütəxəssislərin fikirlərinə əsasən bu, Tesla şirkətinin öz elektromobillərinin qiymətlərini aşağı salması və ənənəvi avtomobil istehsalçılarının daha ucuz model avtomobillər təklif etmələri ilə bağlıdır. Öz məhsullarına tələbatın aşağı düşməsindən gileylənən startaplar arasında Lucid, Rivian Nikola kimi şirkətlər var. Məsələn, Tesla Model Y elektromobilinin qiyməti 54 900$-a düşüb. Müqayisə üçün qeyd etmək lazımdır ki, Rivian-ın R1S adlı krossoveri 78 000$-a, Lucid-in isə Air Pure adlı sedanı 87 400$-a satılır. ABŞ-da istehsal edilmiş elektromobillərin alışı zamanı 7500$-a kimi federal subsidiyaların işə salınması öz növbəsində elektromobillərə daha çox tələbatın olacağına ümid yeri verir.




DAHA ÇOX


Elon Musk-ın Neuralink şirkətinin bazar dəyəri 5 milyard dollara yüksəlib

Elon Musk-ın beyin implantının hazırlanması ilə məşğul olan Neuralink şirkətinin bazar dəyəri 2 il b..


Apple şirkəti ABŞ hərbi qüvvələri üçün AR cihaz hazırlayan Mira adlı startapı al..

Apple şirkəti digər şirkətlər və ABŞ-ın hərbi qüvvələri üçün AR cihazların hazırlanması ilə məşğul o..


Generativ süni zəka sahəsinin həcmi 10 il ərzində 1 trilyon dollardan çox olacaq..

Süni zəka əsaslı ChatGPT və Google Bard çat-botlarının istifadəyə verilmələri İT sahənin generativ s..


Elon Musk yenidən dünyanın ən varlı şəxsi olub

Bloomberg dünyanın ən varlı şəxsləri reytinqini yeniləyib.


Xiaomi endirimli alış-verişlər çərçivəsində 4 saat ərzində 580 milyon dollar qaz..

Çində hər il keçirilən 618 adlı endirimli alış-verişlərə start verilib.

×