Cybertruck-ın satışlarına start verilmədiyi halda Tesla artıq onun vasitəsilə 150 milyon dollar qazanıb

Cybertruck-ın satışlarına start verilmədiyi halda Tesla artıq onun vasitəsilə 150 milyon dollar qazanıb

Startup və Biznes
24.11.2022 PAYLAŞIM

    2019-cu ildə Tesla şirkəti özünün ilk elektrikli pikapı Tesla Cybertruck-ı təqdim etmişdi. Həmin vaxtdan sözügedən elektromobilin istehsalı dəfələrlə təxirə salınıb. Lakin Elon Musk-ın vermiş olduğu son məlumata əsasən Cybertruck-ın istehsalına 2023-cü ilin ortasında start veriləcək. Cybertruck-ın təqdimatından sonra şirkətin təqdim etmiş olduğu statistikada qeyd edilmişdi ki, təqdimatın ilk həftəsində sözügedən elektrikli pikapın ön sifariş sayı 250 000 təşkil edib.

    İndi isə qeyri-rəsmi məlumatlara əsasən Cybertruck-ın ön sifariş sayı 6 dəfə artıb və nəticədə Tesla ön sifarişlər vasitəsilə yaxşı qazanc əldə edib. Məlumatda qeyd edilib ki, son 1 il ərzində Cybertruck-ın ön sifariş sayı 1 milyondan 1.5 milyona yüksəlib. Yaxın illər ərzində Cybertruck-ın istehsal ediləcəyi yeganə zavod Tesla-nın Texas ştatında yerləşən zavodu olacaq. Qeyd etmək lazımdır ki, həmin zavodda həmçinin ikinci nəsil Roadster modeli və insana bənzər Optimus robotları istehsal ediləcək.


    Hal hazırda Cybertruck-ın ön sifarişi zamanı alıcı 100$ dəyərində girov ödəməlidir. Alıcının öz fikrindən daşınması halında ödənilmiş 100$ vəsait geri qaytarılır. Burdan belə qənaətə gəlmək olar ki, ön sifarişlər vasitəsilə Tesla 150 milyon dollar qazanc əldə edib. Bu isə şirkətin dövriyyə kapitalının yüksəlməsi üçün ciddi məbləğdir və onun bir hissəsini Cybertruck-ın istehsalı üçün lazımi hazırlıqların görülməsinə sərf etmək olar. Tesla Cybertruck-ın artıq gələn il satışa çıxacağı güman edilir.



DAHA ÇOX


OpenAI şirkəti bazar dəyərini 90 milyard dollara yüksəldə bilər

Süni zəka əsaslı ChatGPT çat-botunun yaradıcısı olan OpenAI şirkəti hal-hazırda səhmlərinin satışı i..


Amazon şirkəti OpenAI rəqibinə 4 milyard dollar investisiya yatırmağı hədəfləyib..

Amazon şirkəti Anthropic adlı süni zəka startapına 4 milyard dollar investisiya yatırmaq niyyətini e..


TikTok 345 milyon avro dəyərində cərimələnib

İrlandiyanın məlumatların qorunması üzrə komissiyası (DPC) TikTok servisini 345 milyon avro dəyərind..


MediaTek yenidən Qualcomm-u geridə qoyub

Counterpoint Research analitik şirkəti mobil prosessorlar bazarı mövzusunda bu ilin birinci yarısını..


OpenAI şirkəti illik 1 milyard dollar qazanca çatmaq üzrədir

Bloomberg saytının verdiyi məlumata əsasən OpenAI şirkətinin illik qazancı 1 milyard dollara çatır. ..


Google və Meta mühəndislərə ən yüksək maaşı ödəyən İT şirkətlər olublar..

İctimai şirkətlər bütün əməkdaşlarının ortalama illik maaşlarını açıqlamalı olduqları halda konkret ..

×