Böyük Britaniya hökuməti böyük texnoloji şirkətlərin nizamlanması üçün əlavə dövlət orqanı yaradıb

Böyük Britaniya hökuməti böyük texnoloji şirkətlərin nizamlanması üçün əlavə dövlət orqanı yaradıb

Startup və Biznes
27.11.2020 PAYLAŞIM

    Böyük Britaniya hökuməti Apple, Google, Amazon Facebook kimi böyük texnoloji şirkətlərin nizamlanması üçün yeni agentlik yaradıb. Bu barədə Engadget saytı xəbər verib. Artıq mövcud olan rəqabət və bazarlar üzrə idarəetmənin (CMA) yeni yaradılmış rəqəmsal bazarlar ilə iş üzrə şöbəsi (DMU) 2021-ci ilin aprel ayından başlayaraq xüsusi kodeksin hazırlanmasına başlayacaq. Həmin kodeks böyük texnoloji şirkətlərə qarşı yeni məhdudlaşdırmalar təyin edəcək və kiçik texnoloji şirkətlər üçün daha yaxşı şəraitlər yaradacaq.

    Hazırlanacaq yeni kodeks həmçinin istehlakçılara öz məlumatları üzərində daha çox idarəetməni təqdim edəcək və digər platformalardan istifadə çətinliklərini yaradan məhdudlaşdırıcı halları aradan qaldıracaq. Bunun sayəsində istifadəçilər müəyyən edə biləcəklər ki, onlara personal reklamlar təklif olunsun yoxsa yox. Hazırlanacaq kodeksə riayət edilməsinin təmin olunması üçün DMU böyük texnoloji şirkətlər tərəfindən qəbul edilən qərarları ləğv etmək və ya bloklamaq hüququna sahib olacaq. Bundan əlavə olaraq kodeksə riayət etməyəcək şirkətlərə qarşı maddi cərimələr də təyin ediləcək.


    Qeyd etmək lazımdır ki, Böyük Britaniya böyük texnoloji şirkətlər üzrə əlavə nizamlayıcı orqanın yaradılmasını 2019-cu ilin ortasından nəzərdən keçirdirdi. CMA-nın bir neçə müddət bundan öncə təqdim etmiş olduğu hesabatda qeyd edilmişdi ki, mövcud olan qanunlar effektiv nizamlama prosesinin yerinə yetirilməsində çətinliklər yaradır. GDPR (məlumatların qorunması üzrə ümumi reqlament) kimi yeni yaradılmış nizamlayıcı orqan Apple, Amazon, Google və Facebook kimi böyük şirkətlərin necə çalışdıqları məsələsində qlobal təsirə sahib ola bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


ABŞ hökuməti Huawei şirkətinə qarşı sanksiyaları sərtləşdirib

Keçən ilin sentyabr ayında ABŞ hökuməti Intel-ə Huawei ilə əməkdaşlıq icazəsini vermişdi. ..


ABŞ hökuməti Xiaomi şirkətini qara siyahıya salıb: Səbəb nədir?

Huawei-dən sonra ABŞ hökuməti öz qara siyahısına bir sıra digər Çin şirkətlərini də əlavə edib...


Intel rəhbərliyində ciddi dəyişiklik: Şirkətin general direktoru Bob Swan istefa..

Intel şirkəti general direktor Bob Swan-un istefasını elan edib. Şirkətin rəsmi məlumatına əsasən bu..


iPhone 12 modellərinin qutularından şarj cihazını çıxartmaqla Apple nə qədər vəs..

iPhone 12 modellərinin satışa çıxması ilə Apple şirkəti öz smartfonlarının qutularına qulaqlıq ilə ş..


Elon Musk Jeff Bezos-u geridə qoyaraq dünyanın ən varlı şəxsinə çevrildi..

Dünən Tesla şirkətinin səhmlərinin qiymətlərinin yüksəlməsi səbəbilə Elon Musk-ın sərvəti 185 milyar..


Qualcomm bazarın ən böyük mobil prosessor istehsalçısı adından məhrum olub..

Counterpoint analitik şirkəti 2020-ci ildə mobil prosessorların satış həcmlərinə həsr edilmiş yeni h..

×