main-post-cover

    Bill Gates ChatGPT-ni Google şirkətinin və onun gəlirlərinin əsas təhlükəsi hesab edir

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    23.02.2023
    Farid Pardashunas
        Microsoft şirkətinin həmtəsisçisi Bill Gates-in sözlərinə əsasən Google şirkətinin öz axtarış sistemi vasitəsilə əldə etdiyi böyük gəlirlər gələcəkdə azalmağa başlayacaq. Belə ki, Microsoft öz axtarış sistemi üçün nəzərdə tutulmuş süni zəka əsaslı çat-bot mövzusunda bir xeyli irəliləyib. “Google öz gəlirlərinin böyük hissəsini məhz axtarış sistemindən əldə edir. Buna görə də onun axtarış sistemindən əldə etdyi gəlirlər və onun axtarış sistemləri bazarındakı payı gələcəkdə aşağı düşməyə başlayacaq. Çünki Microsoft bu məsələdə daha cəld hərəkət etdi” - deyə Bill Gates qeyd edib.
        Qeyd etmək lazımdır ki, Google şirkətinin 2022-ci ildə reklamlardan əldə etmiş olduğu ümumi gəlir 224 milyard dollar təşkil edib. Microsoft-da isə bu göstərici 18 milyard dollar olub. Süni zəka əsaslı çat-bota sahib yenilənmiş Bing axtarış sisteminin təqdimatından az müddət öncə Google özünün Bard adlı süni zəka əsaslı çat-botunu anons etdi. Bu hər iki layihə hal hazırda test mərhələsindədir. Hələ bir neçə müddət bundan öncə öz müsahibələrindən birində Bill Gates bildirmişdi ki, süni zəka texnologiyası kompüter və internet kimi çox vacibdir. O, qeyd etmişdi ki, son illərdə süni zəka texnologiyalarının yüksək sürətlə inkişaf etməsi onun üçün sözün əsl mənasında sürpriz olub. Onun sözlərinə əsasən bu hal bu onilliyin ən böyük hadisəsi olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər