main-post-cover

    Bakıda turizm sahəsində ilk dəfə startap yarışı keçiriləcək

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    31.10.2018
    Emil Nəcəfov
    Startup Weekend Travel Asan Xidmət İnnovasiyalar və Next Step innovasiyalar mərkəzinin təşkilati dəstəyi ilə bu il Bakıda keçiriləcək. Bu haqda məlumatı tədbirin yerli təşkilatçılarından biri, Next Step İnnovasiyalar Mərkəzinin direktoru Rəşad Eyvazov bildirib. Yarış 3 gün davam edəcək və 16-18 Noyabr tarixlərində baş tutacaq.
    “Ölkəmizdə startup ekosistemi addım-addım inkişaf etməkdədir və bu prosesə qoşulan gənclərin sayının artması artıq zəruridir” - deyə Rəşad Eyvazov bildirib.
    Tədbir çərçivəsində innovativ texnologiyalara əsaslanan ideyalar ilə səyahət sahəsində marağı olan gənclər, marketoloqlar, dizaynerlər və proqramçılar komanda şəklində bir araya gələrək startaplar yaradacaq və münsiflər heyəti qarşısında təqdim edəcəklər. Yarışın qalibi olacaq ideya isə keçiriləcək Böyük Finalda iştirak etmə şansı qazanacaq.
    Qeyd edək ki, Startup Weekend Travel ölkəmizdə Azerbaijan Tourism Board-ın baş sponsorluğu ilə keçirilir.
    Qalib komandanı mütəxəssislərdən ibarət münsiflər heyəti seçəcək. 3 gün ərzində iştirakçılar, həmçinin, mentorlardan biznes məsləhətləri və tövsiyələri də alacaqlar.
    Yarış haqda ətraflı məlumatı, proqramı və qeydiyyat linkini rəsmi saytdan əldə edə bilərsiniz: http://communities.techstars.com/azerbaijan/baku-azerbaijan/startup-weekend/13411
    Oflayn qeydiyyat üçün Next Step İnnovasiyalar Mərkəzinə yaxınlaşa bilərsiniz.
    Ünvan: AF Business House, Nizami küç.203B, Səməd Vurğun heykəlinin yaxınlığı.
    Email: baxisli.fidan@gmail.com
    Əlaqə nömrəsi : +994555349927
    Suallarınızı Baku Startup Weekend Facebook səhifəsinə ünvanlaya bilərsiniz.
    Linki kopyala