Apple şirkəti məhkəməyə verilib və ondan 200 milyard dollar təzminat tələb olunur
Tech-Biznes
Startup və Biznes
e-ticaret
06.09.2021
Farid Pardashunas
Nyu-Cersi ştatından olan Primary Productions adlı şirkət Apple-a qarşı kollektiv məhkəmə iddiası qaldırıb. Primary Productions-ın tətbiq tərtibatçısı Apple şirkətini antimonopoliya qanunvericiliyini pozmaqda günahlandırır və ondan 200 milyard dollar təzminat tələb edir. Məhkəmə iddiasını qaldırmış tərtibatçının sözlərinə əsasən Primary Productions şirkətinin tətbiqinin daxilində olan blockchain portmanatı vasitəsilə alış-verişlərin ödənilməsi mümkünlüyü barəsində istifadəçiləri məlumatlandırmaq cəhdi zamanı şirkətin tətbiqi App Store-da qara siyahıya əlavə edilib. Məhkəmə iddiasında Apple şirkət tətbiqinin qara siyahıya və axtarış reytinqlərinin aşağı salınmasında günahlandırılır.
Bundan əlavə olaraq Primary Productions şirkəti tərtibatçıların qonorarları və komissiyaları barəsində Apple şirkətinə qarşı iddialara sahibdir. Məlumata əsasən Apple şirkəti bu məsələ ilə bağlı məhkəmə iddiasını Men ştatından Kaliforniya ştatına köçürüb. Gözləntilərə əsasən məhkəmə prosesi çərçivəsində Apple tələb olunan təzminat məbləğini aşağı salmağa çalışacaq və App Store platformasını əhatə edən biznes siyasətinə dəyişikliklər əlavə edəcək. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə Apple artıq bu cür dəyişiklikləri Cənubi Koreya və Yaponiyada reallaşdırmışdı.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ