Apple şirkəti kiçik biznes tərtibatçıları üçün App Store komissiyasını 30%-dən aşağı salacaq

Apple şirkəti kiçik biznes tərtibatçıları üçün App Store komissiyasını 30%-dən aşağı salacaq

Startup və Biznes
20.11.2020 PAYLAŞIM

    Bir neçə müddət bundan öncə Telegram-ın yaradıcısı Pavel Durov, App Store platformasını sərt şəkildə tənqid etmişdi. O qeyd etmişdi ki, App Store platformasının kənar tərtibatçılardan əldə etdiyi 30% komissiya çox yüksəkdir. Bu məsələ hətta Avropa komissiyasına şikayətə kimi gedib çıxmışdı. İndi isə məlum olub ki, Apple şirkəti bu məsələdə kiçik biznesə güzəşt edəcək. Bu barədə 9to5mac saytı xəbər evrib.

    Apple şirkəti heç gözlənilmədən yeni App Store Small Business Program adlı proqramı işə salaraq App Store platformasının siyasətində dəyişikliklərin olduğunu elan edib. İşə salınmış yeni proqramın şərtlərinə əsasən əvvəlki il üzrə gəlirləri 1 milyon dollardan aşağı olmuş tərtibatçılar 30%-lik deyil 15%-lik komissiya ödəyəcəklər.


    Bu proqrama həm yeni tərtibatçılar həm də App Store-da artıq qeydiyyatdan keçmiş tərtibatçılar qoşula bilərlər. Bu yeni proqram həmçinin abunəlik sisteminə də təsir edir. Hal hazırda Apple şirkəti kənar tətbiqin daxilindəki abunəliyin ilk ili üçün 30% komissiya əldə edir. Lakin 1 ildən sonra istifadəçi abunəlik müddətini uzatsa, komissiya 15% təşkil edəcək. Bu cür proqramın işə salınması yekunu üzrə demək olar ki, bəzi tərtibatçılar daha çox gəlir əldə edəcəklər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Böyük Britaniya hökuməti böyük texnoloji şirkətlərin nizamlanması üçün əlavə döv..

Böyük Britaniya hökuməti Apple, Google, Amazon və Facebook kimi böyük texnoloji şirkətlərin nizamlan..


Snapdragon prosessorlarından imtina?: Huawei hal hazırda Qualcomm ilə əməkdaşlıq..

Bir neçə müddət bundan öncə Qualcomm şirkəti ABŞ sanksiyalarına məruz qalmış Huawei ilə əməkdaşlıq ü..


ABŞ hökuməti Facebook şirkətinə qarşı antimonopoliya ittihamı qaldırmağa hazırla..

Federal orqanlar və ABŞ ştatlarının hökumətləri Facebook şirkətinə qarşı antimonopoliya ittihamı qal..


MediaTek şirkəti Intel biznesinin vacib şöbəsini 85 milyon dollara alır: Səbəb n..

Mobil prosessorların istehsalı ilə məşğul olan MediaTek şirkəti Intel-in Enpirion Power Solutions ad..


Rəsmi: Huawei şirkəti özünün Honor brendini satıb

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Huawei şirkəti özünün Honor brendini ABŞ san..


Qualcomm şirkəti Huawei ilə əməkdaşlıq üçün icazə lisenziyasını əldə edib..

Bir neçə müddət bundan öncə təsdiq olunmamış məlumat ortaya çıxmışdı ki, Qualcomm şirkəti Huawei ilə..

×