main-post-cover

    Apple inkişafda olan bazarları ələ keçirmək üçün yeni strategiya üzərində çalışır

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    08.05.2023
    Emil Nəcəfov
        Apple şirkətinin CEO-su Tim Cook keçən həftə bildirmişdi ki, şirkətin inkişafda olan bazarlara diqqət ayırması ABŞ və Avropa kimi inkişaf etmiş bazarlarda aşağı düşmüş satışlar problemi ilə mübarizə aparmağa yardımçı olacaq. Bununla belə Cook əlavə etdi ki, Apple keçən rüb üzrə Hindistan, İndoneziya, Türkiyə və BƏƏ-də (Birləşmiş Ərəb Əmirlikləri) satış rekordlarına imza atıb və nəticədə şirkətin bu ölkələrdəki satışlardan gəlirləri yüksək templə artıb. Tim Cook öz bəyanatında Hindistanı xüsusi olaraq qeyd edərək bildirib ki, Hindistan premium cihazlar üçün nəzərdə tutulmuş əsas bazarlardan biri olmağa çox yaxındır.
        Analitiklər Cook-un bu cür bəyanatlarından belə qənaətə gəliblər ki, Apple digər bazarların ələ keçirilməsi üzrə yeni strategiya hazırlayır. Hazırlanan yeni strategiyada isə şirkət əsas diqqəti büdcəli cihazlara və aşağı satış qiymətlərinə ayıracaq. Bloomberg saytının insayderi Mark Gurman-ın sözlərinə əsasən inkişafda olan bazarlarda satışların yüksəlməsinə 199$ qiymətində iPhone SE-nin satışa çıxarılması təkan verə bilər. Bu cür satış qiymətinə sahib smartfon təkcə Hindistanda deyil, həmçinin Afrikada, Cənubi Amerikada və Asiyanın bəzi regionlarında da yaxşı qəbul ediləcək.
    Linki kopyala