main-post-cover

    Amazon tarixdə 1 trilyon dollar bazar dəyəri itirmiş ilk şirkət oldu

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    10.11.2022
    Farid Pardashunas
        Amazon şirkəti tarixdə 1 trilyon dollar bazar dəyəri itirmiş ilk şirkət oldu. Şirkətin bu qədər bazar dəyəri itirməsi inflyasiyanın yüksəlməsi, pul-kredit siyasətinin sərtləşdirilməsi və şirkət səhmdarlarının şirkətin gəlirləri ilə bağlı hesabatları nəticəsində məyusluqlarının fonunda baş verib. Bütün bu faktorlar Amazon səhmlərinin bu il ərzində rekord göstəricidə satılmasına səbəb olublar. Bu isə öz növbəsində şirkətin bazar dəyərinin kəskin şəkildə aşağı düməsinə gətirib çıxardıb. Dünən şirkət səhmlərinin dəyəri 4.3% aşağı düşüb.
        Bu isə öz növbəsində şirkətin 879 milyon dollar ucuzlaşmasına səbəb olub. 2021-ci ilin iyul ayında Amazon-un bazar dəyəri 1.88 trilyon dollar təşkil etmişdi. İndi isə o, 1 trilyon dollar bazar dəyəri itirmiş ilk şirkət statusunu qazandı. Ümumiyyətlə bu il ərzində texnoloji şirkətlərin dəyərləri aşağı düşsələr də, tənəzzül qorxusu bazardakı v'ziyyəti daha da pisləşdirib. Gəlir baxımından 5 ən böyük texnoloji şirkət bu il ərzində ümumilikdə 4 trilyon dollar bazar dəyəri itirib. Bloomberg-in verdiyi məlumata əsasən bu ilin əvvəlindən Amazon şirkətinin keçmiş CEO-su Jeff Bezos-un sərvəti 83 milyard dollar azalaraq 109 milyard dollara enib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər