ABŞ hökuməti Huawei şirkətinə qarşı sanksiyaları sərtləşdirib
Tech-Biznes
Startup və Biznes
e-ticaret
18.01.2021
Farid Pardashunas
Keçən ilin sentyabr ayında ABŞ hökuməti Intel-ə Huawei ilə əməkdaşlıq icazəsini vermişdi. Lakin yeni məlumata əsasən ABŞ hökuməti Intel-dən və bir sıra digər şirkətlərdən bu icazə lisenziyasını geri götürüb. Bu barədə Reuters saytı xəbər verib. Qeyd etmək lazımdır ki, Huawei hal hazırda ABŞ-ın Ticarət Nazirliyinin qara siyahısındadır və ABŞ şirkətləri onunla əməkdaşlıq üçün dövlətdən xüsusi icazə almalıdırlar. Verilmiş məlumata əsasən mövcud olan ABŞ administrasiyası Huawei şirkəti üçün komponentlərin istehsalı ilə məşğul olan şirkətlərə bəzi icazə lisenziyalarının geri götürülməsi xəbərini verib.
Hələ bir neçə müddət bundan öncə Ticarət Nazirliyi eksport üçün olan sorğuların böyük hissəsini ləğv etməyi və minimum bir yerli şirkətdən icazə lisenziyasının geri götürülməsini planlaşdırdığını bildirmişdi. Məlumatda qeyd edilib ki, icazə lisenziyası geri çəkilmiş şirkətlər arasında Intel-dən başqa Kioxia Corp da var. Adları sadalanmış şirkətlər və Huawei bu məsələ ilə bağlı fikir bildirməyiblər. Məlum olan odur ki, bildirişi əldə etmiş şirkətlər 20 gün ərzində ona reaksiya bildirməlidirlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ