ABŞ hökuməti Huawei ilə əməkdaşlıq üçün yerli şirkətlərə verilən eksport lisenziyalarını dayandıracaq

ABŞ hökuməti Huawei ilə əməkdaşlıq üçün yerli şirkətlərə verilən eksport lisenziyalarını dayandıracaq

Startup və Biznes
31.01.2023 PAYLAŞIM

    ABŞ hökuməti 2019-cu ildə Huawei şirkətinə qarşı sanksiyalar tətbiq edən zaman onunla əməkdaşlıq etmiş yerli şirkətlər üçün əməkdaşlığın davam etdirilməsi imkanını qoruyub saxlamışdı. Lakin bu halda yerli şirkətlər müvafiq orqanlardan eksport lisenziyalarını əldə etməli idilər. Verilmiş yeni məlumata əsasən ABŞ hökuməti yerli şirkətlər üçün nəzərdə tutulmuş eksport lisenziyalarının müddətlərini uzatmayacaq və üstəlik yeni lisenziyaların verilməsini dayandıracaq. Beləliklə Huawei şirkəti ABŞ texnologiyalarından tamamilə məhrum ola bilər. Bu barədə məlumatı Financial Times saytı öz mənbələrinə istinadən təqdim edib. Məlumata əsasən Huawei ilə əməkdaşlığı davam etdirən və eksport lisenziyalarına sahib olan bəzi ABŞ şirkətlərinin dövlət tərəfindən əldə etdikləri bildirişlərdə qeyd edilib ki, yeni lisenziyaların verilməsi ümumiyyətlə dayandırılacaq.

    İndiyənə kimi Intel Qualcomm kimi şirkətlər Huawei ilə əməkdaşlıqlarını davam etdirə bilirdilər. Lakin bunun əsas şərtlərindən biri o idi ki, bu şirkətlər Huawei-yə 5G şəbəkəsi ilə bağlı texnologiyaları təqdim etməməlidirlər. Bəzi amerikalı məmurların fikirlərinə əsasən ABŞ hökuməti tərəfindən bu cür sanksiyaların təyin edilməsindən sonra Huawei sualtı naqillər vasitəsilə məlumatların ötürülməsi üsullarının hazırlanmasına və bulud hesablama sistemlərinin inkişaf etdirilməsinə yönəlib. Bu isə öz növbəsində ABŞ-ın milli təhlükəsizliyinə müəyyən təhlükələr yarada bilər. Bu səbəbdən də Huawei-yə qarşı sanksiyalar genişləndirilməsə də, onun partnyorlarına eksport lisenziyalarının təqdim edilməsinin dayandırılması qərarı qəbul edilib. ABŞ Ticarət Nazirliyi və Huawei şirkəti ortaya çıxmış bu xəbərə rəsmi bir fikir bildirməyiblər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


TikTok-un ABŞ biznesinin satılmayacağı halda ABŞ hökuməti sosial şəbəkəni blokla..

Reuters saytının verdiyi məlumata əsasən ABŞ hökuməti TikTok-un sahibi olan ByteDance şirkətinin önü..


TikTok ABŞ-da qadağa altına düşməmək üçün ByteDance şirkətindən ayrıla bilər..

ABŞ-da TikTok üzərində idarənin əldə edilməsi və ya onun tamamilə bloklanması barəsində müzakirələr ..


Meta şirkəti daha 10 000 nəfər işçini işdən çıxaracaq

Meta şirkətinin CEO-su Mark Zuckerberg elan edib ki, şirkətin daha 10 000 nəfər işçisi işdən azad ed..


Meta şirkəti bu həftə daha bir neçə min işçini işdən çıxardacaq

Keçən ilin noyabr ayında Meta şirkəti 11 000 nəfər işçini işdən azad etmişdi.


Huawei-yə qarşı ABŞ sanksiyalarının sərtləşdirilməsi NVIDIA-nın gəlirlərini aşağ..

2020-ci ilin noyabr ayından 2021-ci ilin aprel ayına kimi amerikalı məmurlar tərəfindən 61.4 milyard..


Elektromobil istehsalı ilə məşğul olan startapların məhsullarına tələbat aşağı d..

Reuters saytının verdiyi məlumata əsasən bu il ABŞ-ın elektromobil istehsalı ilə məşğul olan startap..

×